Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Allah şəhidlərimizə rəhmət eləsin, döyüşən igidlərimizi qorusun, AMİN!

Allah şəhidlərimizə rəhmət eləsin, döyüşən igidlərimizi qorusun, AMİN!
22-11-2022, 20:54 711 dəfə baxılıb


Necə şuxluq yaradır hərbi geyim əsgərdə?!
Vuruşur öz Vətəniyçün igidim səngərdə!

Bəllidir Babəkinin hər hünəri tarixdən,
Qüdrəti vardı qılıncında, həmi xəncərdə!

Zəfər ilə dönəcək sevdiyinə tezliklə,
Gözləyir yollarını, sevgilisi ənbərdə!

Sarılar sevdiyinə, ruhuna bir can qatsın,
Taxacaq gül-çiçəyi tellərinə pencərdə!

Döyüşür, canın alır düşməninin bir anda,
Bunun üçün yola salmış cəsurun dilbər də!

Açacaq söhbəti, əlbət, döyüşən mərdindən,
Çox böyük qüvvə, inam var, deyər ləşkərdə!

Keşiyində dayanan əsgərinə can qurban,
Var, Leylam, demədin, gör nə hünər əfsərdə!

pencər-yabanı gül-çiçəklik
ləşkər-qoşun, ordu

2020 Leylam Leylam

VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI