Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanın Ərəb Dövlətləri Liqasına daxil olan ölkələrlə yüksək səviyyədə dostluq əlaqələri mövcuddur.

Azərbaycanın Ərəb Dövlətləri Liqasına daxil olan ölkələrlə yüksək səviyyədə dostluq əlaqələri mövcuddur.
10-11-2022, 21:41 199 dəfə baxılıb

Azərbaycanın Ərəb Dövlətləri Liqasına daxil olan ölkələrlə yüksək səviyyədə dostluq əlaqələri mövcuddur.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla və qətiyyətlə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Beynəlxalq müstəvidə böyük nüfuz və söz sahibi olan ölkələrdən birinə çevrilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 1 noyabr tarixində Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında fəxri kürsüdən səsləndirdiyi fikirlər, regionda baş verən proseslər, ölkəmizin sülh təşəbbüsləri, Ermənistanın 30 illik işğalçılıq siyasəti, hərbi təxribatları barədə söylədiyi faktlar ölkəmizin əsas məqsədinin sülh və humanizm olduğunu nümayiş etdirdi.
Ali kürsüdən çıxış edən ölkəmizin Prezidenti İlham Əliyev Fransanın müstəmləkə keçmişi, Afrikada, xüsusən Əlcəzairdə törətdiyi qətliamlarla bağlı tarixə ekskursiya etməsi, Fransa işğalının Əlcəzairə, erməni işğalının Azərbaycana vurduğu zərərlərlə bağlı məlumatları düna ictimaiyyətinin, siyasətçilərinin diqqətini çəkdi. Belə ki, cənab İlham Əliyev çıxışı zamanı “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib” Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində ərəb ölkələrinin həmrəyliyi, yeni qlobal çağırışlar fonunda birgə fəaliyyət planının müzakirə olunduğu bir zamanda Azərbaycanla oxşar taleyi yaşayan Əlcəzairin işğalına, 1,5 milyondan artıq əlcəzairlinin amansızcasına qətlə yetirilməsinə diqqət çəkilməsi dünyaya demokratiya dərsi verməyə çalışan Fransanın vaxtilə yürütdüyü işğalşılıq siyasətinə dünyanın diqqətini yenidən yönəltdi.
Dövlətimizin başçısı Əlcəzairə səfəri çərçivəsində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdiyini vurğulayaraq, qeyd edib ki, bu gün bu dəhşətli hadisəni xatırlayarkən gələcəkdə belə fəlakətlərin qarşısının alınması üçün əlimizdən gələni etməliyik. Bir vaxtlar Əlcəzairi işğal edən, əhalisini soyqırımına məruz qoyan Fransa indi işğalçı Ermənistana, onun insanlıq əleyhinə cinayətlərinə dəstək verir. O Ermənistana ki, Azərbaycanın 20 faizini qanunsuz olaraq 30 il işğal altında saxlayıb. BMT-nin Təhlükəsizlik Şurasının qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə məhəl qoymayan Ermənistan bir milyondan çox azərbaycanlını qaçqın və məcburi köçkünə çevrib. İki il əvvəl Azərbaycan, BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, bu münaqişəyə birdəfəlik son qoydu. İşğalşı, faşist təfəkkürlü siyasət yeridən işğalcı Ermənistanı məğlub edildi. Artıq 30 il düşmən ayaqları altında tapdanan torpaqlarımız azaddır və biz torpaqlarımıza qayıtmışıq. İndi İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında intensiv görüşlər davam edir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib tərəf kimi prosesi öz diktəsi ilə idarə edir. 
      Dövlət başçımız  ərəb dövlətləri ilə əlaqələrin möhkəmlənməsi barədə  vurğulayıb ki, ərəb ölkələri ilə tərəfdaşlığı gücləndirmək, o cümlədən Ərəb Dövlətləri Liqası ilə əlaqələri möhkəmləndirmək və bu təşkilata üzv ölkələrlə həmrəylik prinsiplərini təşviq etmək arzusundadır.
Prezident  İlham Əliyevin Əlcəzairə səfəri və Ərəb Sammitində iştirakı Azərbaycan ilə ərəb ölkələri arasında müxtəlif sahələrdə daha möhkəm dostluq və əməkdaşlıq körpüləri qurmaq üçün geniş qapılar açır. 

 Fidan Hüseynova,   
 YAP Quba rayon təşkilatının sədri.


VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI