17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
8 NOYABR ZƏFƏR GÜNÜ.
🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
Milli birliyimizin, bərabərliyimizin, fədakarlığımızın, qəhrəmanlıq səlnaməmizin, qorxmazlığımızın, doyüş əzmimizin cuşa gəldiyi, birləşdiyi və öz istəyinə çatdığı bir tarix!
İlahi nə qədər qürurlu, nə qədər ali, nə qədər mükəmməl, nə qədər sevinc dolu hisslərdir ki artıq iki ildir yaşayırıq.
Qalib, azad, bütöv, zəfər çalan bir ölkənin vətəndaşıyıq!
Bəli, Cənab Ali Baş Komandanın rəhbərliyi, Şanlı Azərbaycan Ordusunun şücaəti, Şəhid qardaşlarımızın qanı, Qazi qardaşlarımızın sağlamlıqları hesabına Vətən müharibəsində qazanılmış şanlı qələbə sayəsində biz artıq qalib xalqın nümayəndələriyik!
30 il davam edən əsarət dolu tarixə 44 gündə son qoyuldu.
Belə başladı əfsanəvi 44 günün "Dəmir yumruq" adlı salnaməsi.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutuldu. Nəticədə Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edildi. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrildi.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl,17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Hər kəsə məlum olduğu kimi
Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edildi.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər,dekabrın 1-də Laçın rayonları işğaldan azad edildi.
Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin gecə saatlarında xalqa verdiyi bu müjdəli Qələbə xəbəri bütün Azərbaycanı ayaqda saxladı. Böyükdən kiçiyə hamı bu müjdənin bəxş etdiyi sevinci yaşadı, paylaşdı və paylaşmaqda davam edir. Ermənistan qəsbkarlıq niyyəti ilə başladığı işğalçılıq müharibəsində məğlub tərəf oldu. Əzəli Azərbaycan torpağı olan Qarabağın geri qaytarılması bütün cahana səs salan tarixi olaya çevrildi.
Azərbaycan xalqı fəxr edir ki, Şanlı ordumuz bu qələbəni döyüş meydanında qazandı. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, Hadrud, Suqovuşan və digər qəsəbələr döyüş meydanında azad edildi. Azərbaycan Qələbə zəfərinə əsgərinin rəşadəti ilə imza atdı.
Bu müharibə tək hərb meydanlarında alolanmamışdı. Yeddidən yetmişyeddiyə hər kəs ayaqda idi. Hamı bu zəfər üçün nəsə bir töhfə vermək iqtidarında idi.
İnformasiya savadı hərblə eyni məcraya gəlmişdi. Günün reallığı olan sosial şəbəkələrdə Azərbaycan gəncliyi söz savaşında, Müzəffər ordumuz isə hərb savaşında mübariz addımlarla zəfərə doğru irəliləyirdi. Bəli o mükəmməl sıçrayış
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilməsinə gətirdi bizləri. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan oldu, və Şuşa şəhəri işğaldan azad olundu..
Bu müjdəli xəbəri hər gün hər an olduğu kimi Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, müdrik Liderimiz Cənab İlham Əliyev xalqa çatdırdı.
O, anları yaşayan və azadlıq sevincini dadan ölkə vətəndaşı kimi o hissləri cümlələrə sığdıraraq yazmağa çətinlik çəkirəm. Şuşa azadlığına qovuşdu.
"Mən xoşbəxt övlada ki, ara vəsiyyətini yerinə yetirdim" deyən Ali Baş Komandanımız qalib ölkənin qalib Lideri kimi "QARABAĞ AZƏRBAYCANDIR" şüarını tarixin silinməyən səhifələrinə yazmağı bacardı.
Etiraf edəcəm ki bu 44 gün bizə hər anında sevinc bəxş etdiyi kimi göz yaşı və kədərsiz də ötüşmədi.
Azadlıq dediyin şərbət heç vaxt rahat içilmədi..... Azərbaycan xalqı da bu 44 gündə 3000-nə yaxın cəsur, qəhrəman, igid oul qurban verdi və minlərlə oğul Qazi kimi Vətən xidmətində dayandı.
Bu günümüzü onlara borcluyuq.
Şəhidlərimizin ruhları qarşısında başımız səcdədədir.
Cənnət sakini olan əziz qardaşlarımız! Ruhunuz daima şad olsun.
Allah sizi rəhməti ilə mükafatlandırsın!
Nə qədər ki, Azərbaycan xalqı yaşayır, siz heç vaxt unudulmayacaqsınız. Azadlığı bizə bəxş edənlər, ölümsüzlər!
Və halallıq alacağımız ünvan! Şəhid anaları! Vətənə canından can ayıranıar!
Haqqınızı halal edin, bu günün sevincini bizlərə halal edin.
Allah sizə səbr versin.
Elə məhz Sizin zəfər gününüzü təbrik edirəm! Üzü ağ, başı uca Şəhid anaları, Şəhid Ataları! Şəhid yadigarları! Şəhid övladları!
🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
Zəfərin mübarək Azərbaycanım!
Nəhayət Şirinova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ADPU Quba filialının əməkdaşı.
VETENİM-AZƏRBAYCANDIR.AZ