Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Regional televiziya– Kanal S-in inteqrativ fəaliyyəti

Regional televiziya– Kanal S-in inteqrativ fəaliyyəti
2-11-2022, 19:54 272 dəfə baxılıb

      Müasir Azərbaycan onun maddi və qeyri-maddi irs xəzinəsi  müxtəlif sahələrdə öz təzahür formalarını göstərməkdədir. Bunlardan biri və ən vacibi isə televiziya sahəsidir. Məhz televiziyalar müxtəlif dövrlərdə ideoloji cərəyanın ən güclü vasitəsi olaraq hər zaman öz aktuallığını qorumaqdadır.  Elə buna görədir ki, elektron kommunikasiya platformaları içərisində televiziya hələ də öz yerini dəyişməz olaraq saxlamaqdadır. 
      Regionların inkişaf dinamikası gündən-günə artmaqdadır.  İqtisadi, siyasi, mədəni həyatın ayrılmaz hissəsi televiziyalar regionlarda da öz tipoloji xarakterinə uyğun fəaliyyət istiqamətlərini genişləndirməkdədir. Vaxtilə ARB kanalı təkcə regionlarda fəaliyyət göstərirdisə, artıq bu gün öz arealını genişləndirərək bütün dünyaya inteqrasiya olunur.  
     Bir qrup jurnalist və yaradıcı heyət  Kanal S-in fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün Şəkiyə ezam olunduq. Azərbaycanın dilbər guşəsi Şəki öz milli dəyərləri, tarixi zənginliyi, əsrarəngiz təbiəti , dadlı mətbəxi ilə xüsusilə seçilməkdədir. Təsadüfi deyil ki, məhz Şəki UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmışdır. Qonaqpərvərliyinə və insanlarının qaynar münasibətinə isə söz ola bilməz. Bizi xüsusi hörmətlə qarşılayan  ordakı həmkarlarımızla görüş çox maraqlı və yaddaqalan oldu. Verilişlərin necə ərsəyə gəlib yayımlanması üçün yaradılan şərait haqqında uzun illər peşəkar təcrübəyə malik Həyat xanım bizi geniş şəkildə tanış etdi. Kanalda olan səliqə-sahman isə  göz oxşayırdı. Hər bir işçinin öz işinə necə məsuliyyətlə yanaşdığının şahidi olduq. 
      Kanalın Baş direktor müavini Ramin Mustafayev  bizə görülən işlərdən və gələcək planlarından da danışdı. Belə ki, ARB-nin nəzdində fəaliyyət göstərən Kanal S əvvəllər şimal-qərb üzrə Balakəndən Şamaxıya qədər yayımlanırdısa, artıq bu ilin yanvar ayından  etibarən nəinki paytaxtda, o cümlədən dünyanın bir sıra ölkələrində  yayımlanmağa başladı. Hətta bunu da xatırlatmaq yerinə düşər ki, regional kanallar içərisində ilk olaraq 24 saat yayımlanan kanal məhz Kanal S olmuşdur. Və fəaliyyətinin 13-cü ilində artıq peyk vasitəsilə yayıma keçmişdir. Hal-hazırda isə inkişaf dinamikasını genişləndirərək canlı yayım üçün yeni avadanlıqlarla təchiz olunur,  bir neçə böyük studiyaları istifadəyə veriləcək. Və digər məsələlərin ərsəyə gəlməsi üçün quruculuq işləri gedir.  
       Kanalın rəhbərliyi Baş direktor  Rəşad Məmmədov, Baş direktor müavini Ramin Mustafayev,  Baş prodüsser Roza Zərgərli yaradıcı heyətə uğurlar diləyərək gələcək perspektivlərin daha yaxşı olacağına ümidvar olduqlarını bildirdilər. 
 
 Teleaparıcı Fəxriyyə Lilpar
VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI