Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bu gün  4 Mövsüm tədris mərkəzində " ZƏFƏR GÜNÜ" qeyd olundu.

Bu gün  4 Mövsüm tədris mərkəzində " ZƏFƏR GÜNÜ" qeyd olundu.
1-11-2022, 12:10 564 dəfə baxılıb



Xırdalan şəhərində yeni tədris evinin 1yaşı qeyd olundu. Gözəl şəkildə  təşkil olunmuş əyləncəli tədbir  Azərbaycan himni ilə açıldı. Sonra  klounlar körpələri əyləndirdi. Körpələr  xor şəkildə Xudayar təsnifini ifa etdilər. Uşaqların göynəklərində  44günlük müharibənin qəhrəman şəhidlərinin şəkli  əks olunmuşdu. Bu da uşaqların vətənpərvər ruhda böyüməsinə xidmətin sübutu idi.
Tədbirdə Xidməti iş Abşeron RHİKnin sədri Kamran Orucov çıxışından sonra  tərtib etdiyi diplomları elan etdi. Diplomları Dünya Ana və Uşaqlar İB-nin mədəniyyət üzrə müavini Leyla Mətin  təqdim etdi.Tədbirin sonunda  xatirə şəkilləri çəkildi.
 Əlavə olaraq qeyd edim ki, balaca fidanların sevimli məkanı olan tədris evinin bir-birindən gözəl və maraqlı dizaynı olan otaqları diqqətimi çəkdi. Əslində diqqətimi çəkən nüanslar çox oldu. Tədris evində şəhid övladlarının təmənnasız təhsil almağı da o incə nüanslardan biri idi. Sonra xəbər tutdum ki baxçada istifadə olunan kompotlar belə işçilər tərəfindən tam zəmanətli və təbii şəkildə hazırlanır.  Söhbət zamanı  mərkəzin təsisçisi  Mansur bəy  uşaqların  təmiz yeməklərlə təmin olunmasına xüsusi diqqət ayırdığını söylədi.
Mərkəzin təsisçisi Baxışov Mansur Məzahir oglu və rəhbəri Kazımova Vüsalə Çingiz qızının ailə olmaqlarından yola çıxaraq deyə bilərəm ki ,uşaqlar sanki bir ailədə təhsil alırlar. Mərkəzdə Azərbaycan dili ilə yanaşı ingilis və rus dilləri də tədris olunur. 
Biz də saytımız adından  Gülərüz və mehriban müəllim kollektivilə bərabər tədris evinin bütün işçilərinə uğurlar diləyirik. 
 



Leyla Mətin

VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI