17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - Fotolar
Bu gün xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edib.
VETENİM-AZƏRBAYCANDIR.AZ xəbər verir ki, bu haqda XİN məlumat yayıb.
Ceyhun Bayramov 2022-ci ilin Azərbaycan – BMT üzvlüyünün 30-cu ildonümü baxımından rəmzi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bu xüsusda istər Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, istərsə də Bakıda təşkil edilmiş mühüm təşəbbüslərdən söz açıb və BMT-nin fəal üzvlərindən biri kimi Azərbaycanın bir sıra istiqamətlərdə, xüsusilə də beynəlxalq səviyyədə sülh və təhlükəsizlik, davamlı inkişaf və humanitar sahələrdə geniş töhfələr verdiyi xatırlanıb.
Nazir qarşı tərəfə bölgədə mövcud cari vəziyyət, o cümlədən Ermənistanın genişmiqyaslı təxribatları, Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalının nəticələrinin aradan qaldırılması istiqamətində atılan addımlar barədə məlumat verib. Bu xüsusda, Nazir sülh gündəliyi, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin bölgəyə geri qayıdışı prosesindən bəhs edərək ərazilərimizdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin artırılmasının və təcrübə mübadiləsinin vacibliyindən bəhs edib.
Tatyana Valovaya Azərbaycana növbəti dəfə səfərindən məmnunluq ifadə edib və bu gün BMT-nin Cenevrədəki bölməsinin rəhbərinin və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan qadınlarına həsr olunmuş və Dayanıqlı İnkişaf Məqsədlərini özündə təcəssüm etdirən fotosərginin əhəmiyyətindən bəhs edib. İlk dəfə Azərbaycanda həyata keçirilən layihənin hədəfinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək göstərmək və onların reallaşmasına töhfə vermək olduğunu bildirib. Görüşdə T. Valovaya, eyni zamanda sülh prosesi üzrə səyləri yüksək qiymətləndirib.
Görüşdə tərəflər, həmçinin BMT gündəliyinin müxtəlif aspektləri və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparıb.
VETENİM-AZƏRBAYCANDIR.AZ