Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Lənkəranda "Uğurlu gələcək naminə erkən nikaha və məişət zorakılığına son deyək"!adlı tədbir keçirilib.

Lənkəranda "Uğurlu gələcək naminə erkən nikaha və məişət zorakılığına son deyək"!adlı tədbir keçirilib.
27-10-2022, 16:18 296 dəfə baxılıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Beynəlxalq Humanistika İnstitutunun təşkilatçılığı ilə “Uğurlu gələcək naminə erkən nikaha və məişət zorakılığına son deyək!” layihəsi çərçivəsində 11 oktyabr Lənkəran rayonunda Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəb, Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəbində maarifləndirici tədbirlər keçirildi. Beynəlxalq Humanistika İnstitutunun sədri Elmira Məhəddinli çıxış edərək, institutun fəaliyyəti, təşkil etdiyi yerli və beynəlxalq layihələr haqqında qısaca məlumat verib. Bundan başqa, layihə barədə də məlumat verərək bildirdi ki, layihənin məqsədi Lənkəran və Masallı rayonlarında erkən nikahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nikaha girməsinin qarşısını almaqdır.
Daha sonra, layihənin psixoloqu və Teta-Ritm mərkəzinin rəhbəri Sabina Dadaşova çıxış edərək erkən nikah və məişət zorakılığına məruz qalmış, travma və psixoloji problem yaşayan qadınlar haqqında məlumat verib, cəmiyyətimizin uğurlu inkişafı üçün xoşbəxt və təhsilli qadınların əhəmiyyətindən danışıb. Eyni zamanda, psixoloji testləri iştirakçılara paylayaraq layihədən sonraki dönəmdə nəticələrə uyğun şəxsi inkişaf üçün hansı addımlar atılması haqqında məktəbli qızları məlumatlandırıb. Daha sonra, İnstitutun hüquqşünası Gülşən Bəşirova çıxış edərək erkən nikah və məişət zorakılığına məruz qalmış qadınlarımızın statistik göstəricilərini iştirakçıların diqqətinə çatdırıb. Eləcə də, regionlarda rəsmi nikah olmadan ailə quranların daha sonraki mərhələdə hüquqi baxımdan əziyyət çəkdiklərini vurğulayıb. Dövlətin həyata keçirdiyi siyasət nəticəsində erkən nikah və məişət zorakılığına məruz qalmış xanımlara hər zaman hökümətin hüquqi baxımdan dəstək olduğunu qeyd edib. Daha sonra, AWWA Peşə Mərkəzinin direktoru Leyla Səlimova çıxış edərək eyni anda həm uğurlu ana, həm də uğurlu iş xanımı olmaq üçün təhsilin əhəmiyyətindən danışıb. Daha sonra, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, tibb üzrə fəlsəfə elmləri doktoru Hürü Dünyamaliyeva çıxış edərək erkən nikah və məişət zorakılığının qadın sağlamlığına nə dərəcədə mənfi təsirləri olduğunu bildirdi. Sağlam ana-sağlam uşaq-sağlam cəmiyyət prinsipinin əhəmiyyətindən danışdı. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dillər kafedrasının filologiya üzrə fəlsəfə elmləri doktoru Günay Maqsudova çıxış edərək xanımların özünü ifadə və təqdimetmə bacarıqlarının olmasını, erkən yaşdan başlayaraq kim olacağını, hansı arzularının olduğunu bilməli və buna uyğun davranmalı olduğunu qeyd edib. Özünü ifadə və təqdimetmə üsullarını məktəbli qızlara praktiki olaraq göstərdi. Daha sonra, Beynəlxalq Humanistika İnstitutunun üzvü, iqtisadçı Məfruzə Kazımova çıxış edərək erkən nikaha və məişət zorakılığınını fəsadlarının aradan qaldırılması üçün öz fikir və təkliflərini irəli sürdü. 
Sonda, Beynəlxalq Humanistika İnstitutunun sədri Elmira Məhəddinli çıxış edərək Prezident Administrasiyasına, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Lənkəran Rayonu İcra Hakimiyyətinə, Təhsil şöbəsinə, Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəb və Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəbin rəhbərliyi və kollektivinə öz minnətdarlığını bildirdi. Sonda xatirə şəkli çəkildi.









VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI