Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Anti-Rusiya kampaniyası erməniləri təhlükə altına qoyur”

“Anti-Rusiya kampaniyası erməniləri təhlükə altına qoyur”
27-10-2022, 05:33 165 dəfə baxılıb

Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qaqik Tsarukyan ölkədə anti-Rusiya əhval-ruhiyyəsinin təhlükəsi barədə xəbərdarlıq edib. 
 
VETENİM-AZƏRBAYCANDIR.AZ xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında yazıb.
Tsarukyanın fikrincə, Ermənistan cəmiyyəti tarixin çətin və məsuliyyətli mərhələsindədir:
“Bu gün Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin təşviqi göz qabağındadır. Bu, bizim təhlükəsizlik məsələmizdən narahat olan hər hansı ermənini narahat etməyə bilməz”.
Tsarukyan əlavə edib ki, anti-Rusiya kampaniyası Rusiya sülhməramlılarının yerləşdiyi Qarabağdakı erməniləri təhlükə altına qoyur. Bundan əlavə, Moskvaya qarşı demarşlar iqtisadiyyatın çökməsinə gətirib çıxara bilər, çünki Ermənistan üçün əsas ixrac bazarı Rusiyadır.
O, həmçinin ölkənin enerji sisteminin Rusiyadan gələn enerji mənbələrindən asılı olduğunu xatırladıb və bildirib ki, milli maraqlar, iqtisadi sabitlik və əhalinin təhlükəsizliyi təhlükə altına düşməməlidir.
Tsarukyan Qərblə yaxşı münasibətlər qurmağa çağırıb, lakin “Rusiyaya qarşı” məntiq çərçivəsində deyil.


 
VETENİM-AZƏRBAYCANDIR.AZ


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI