17:34 - Prezident Qarabağ Universitetinə rektor təyin etdi
15:02 - Seyid İbrahim Rəisi: "İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür"
15:00 - Latviya parlamentinin sədri Füzulidə səfərdədir
14:58 - Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:57 - Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
14:56 - İlham Əliyev: "İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb"
02:11 - Kəlbəcərin Vəng kəndindən eksklüziv görüntülər - VİDEO
22:16 - İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub
22:13 - Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib.
19:09 - Rafael Ağayev Ginnesin Rekordlar kitabına düştü!
18:48 - SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
18:29 - İlham Əliyev “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib - YENİLƏNİB
18:28 - Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək
İlham Əliyev: Birləşmiş Krallıq ilə əməkdaşlığa böyük əhəmiyyət veririk
Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında təşəkkül tapmış dostluq münasibətlərinə və çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət veririk. Xoş ənənələrə əsaslanan əlaqələrimizin hər keçən il daha da inkişaf etməsi və dərinləşməsi məmnunluq doğurur.
VETENİM-AZƏRBAYCANDIR.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin Britaniyanın yeni Baş naziri Rişi Sunaka ünvanladığı təbrik məktubunda deyilir.
"Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi çox genişdir. Birləşmiş Krallıq Azərbaycana ən çox sərmayə yatıran ölkə və ən iri ticarət tərəfdaşlarımızdan biridir. Ölkələrimiz arasında siyasi, mədəni, təhsil və digər sahələrdə də əməkdaşlıq dinamik inkişaf etməkdədir.
Azərbaycan ilə Birləşmiş Krallıq arasında enerji sahəsində sınaqdan çıxmış strateji tərəfdaşlıq münasibətlərini xüsusi qeyd etmək istərdim. Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx tərəfdaşlığını, həyata keçirdiyimiz irimiqyaslı layihələrdə Birləşmiş Krallığın yaxından iştirakını və dəstəyini yüksək qiymətləndiririk. Eyni zamanda, son otuz ildə neft-qaz hasilatında yaxın və etibarlı tərəfdaşımız olan BP ilə təmiz enerjiyə keçid sahəsində də işbirliyimiz bizi sevindirir", - deyə məktubda qeyd olunub.
VETENİM-AZƏRBAYCANDIR.AZ