Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İƏT Ermənistanın Azərbaycanda törətdiyi vandalizm aktları barədə qlobal məlumatlılığı artırmağı təklif edib

İƏT Ermənistanın Azərbaycanda törətdiyi vandalizm aktları barədə qlobal məlumatlılığı artırmağı təklif edib
22-10-2022, 21:01 181 dəfə baxılıb

İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlər Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan ərazisində islam tarixi-mədəni abidələri və ziyarətgahlarının qəsdən dağıdılmasının KİV və sosial mediada daha fəal işıqlandırılmasına çağırış edilib.
VETENİM-AZƏRBAYCANDIR.AZ-ın  verdiyi xəbərə görə, bu barədə İƏT ölkələrinin informasiya nazirlərinin İstanbulda keçirilən XII sessiyasında qəbul olunan “İstanbul Bəyannaməsi”ndə deyilir.
Bənzər çağırış İƏT-ə üzv dövlətlərinin media orqanlarına qeyri-müsəlman ölkələrində, xüsusən də yerli müsəlmanların etnik təmizləməyə məruz qaldığı ərazilərdə islam mədəni irsinin qəsdən dağıdılması və təhqir olunması aktları barədə qlobal məlumatlılığı artırmaları üçün də edilib.
Bununla əlaqədar sənəddə Təşkilatın nəzdində Media Forumun təsis edilməsi təklif olunub.
Bundan əlavə, islamofobiya və müsəlman ölkələrinə qarşı dezinformasiya ilə mübarizə sıx əməkdaşlığın vacibliyi vurğulanıb.



VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI