Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

18:10 - Prezident və xanımı Şuşada Mamayı məscidinin açılışında iştirak ediblər - FOTO

18:05 - İlham Əliyev Köndələnçay su anbarları kompleksinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO

19:03 - Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

19:00 - Baqratı İrəvana çəkən səbəblər - TƏHLİL + FOTO

18:59 - DİN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib - FOTO/VİDEO

18:47 - Ordu quruculuğunun inkişafı Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil etmişdir.

15:40 - Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək

15:39 - Prezidentin təltif etdiyi mədəniyyət və incəsənət xadimləri DANIŞDILAR - FOTO

21:55 - Uzun illər öncə Xəzərdə batmış gəminin dənizdən çıxarılması prosesi - FOTOREPORTAJ + VİDEO

21:47 - Milli Məclisin sədri Bolqarıstan Prezidenti ilə görüşüb - FOTO

21:37 - Qəbiristanlıqlarda qanunsuz torpaq alveri gedir - Xəbərlərin 20:00 buraxılışı

21:35 - Aİ liderləri fon der Lyayenin işindən narazıdırlar

21:33 - Sivva “Sabahın xeyir, Şuşa” adlı yeni mahnı və klipini təqdim edib - VİDEO

21:16 - Ərdoğan: “Azərbaycana dəstək hər sahədə davam edəcək”

23:52 - Slovakiyalı nazir: “Bakı və Bratislava müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər”

Ərdoğan Azərbaycana səfərə yola düşüb - YENİLƏNİB

Ərdoğan Azərbaycana səfərə yola düşüb - YENİLƏNİB
20-10-2022, 12:39 111 dəfə baxılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
VETENİM-AZƏRBAYCANDIR.AZ verir ki, Türkiyə lideri bu gün Zəngilan hava limanının açılışında iştirak edəcək, habelə bir sıra tədbirlərə qatılacaq.
Səfər çərçivəsində Türkiyə prezidentini Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və digər nazirlər müşayiət edəcək.
Xatırladaq ki, Türkiyə lideri oktyabr ayında Füzuli hava limanının açılışında da iştirak etmişdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Azərbaycana birgünlük səfər edəcək.
BAKU.WS "TRT Haber"ə istinadla xəbər verir ki, R.Ə.Ərdoğan İlham Əliyevlə birlikdə işğaldan azad edilmiş Azərbaycan ərazisində Türkiyə şirkətlərinin də iştirakı ilə inşa edilən ikinci aeroportun - Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək və həmçinin regionun inkişafı üçün həyata keçirilən yeni layihələrin təməlini qoyacaq.
Səfər zamanı keçiriləcək ikitərəfli görüşlərdə Türkiyə ilə Azərbaycan arasında münasibətlərin bütün aspektləri ilə nəzərdən keçiriləcəyi və əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımların müzakirə olunacağı gözlənilir.
Həmçinin, ikitərəfli münasibətlərlə yanaşı aktual regional və qlobal problemlərin ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.



VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI