17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
Ağdam və Füzulidə zəfər və işğal muzeylərinin layihələri təsdiqlənib
Ağdam və Füzuli rayonlarında inşa edilməsi planlaşdırılan zəfər və işğal muzeylərinin layihələri təsdiqlənib, yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq.
VETENİM-AZƏRBAYCANDIR.AZ xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisi və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi çərçivəsində təşkil olunmuş, Qarabağda biznes və investisiya imkanlarına həsr edilmiş konfransda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.
“Tezliklə Ağdam və Füzulidə iki mərkəzi xəstəxananın inşasına da başlanılacaq. Hazırda isə işğaldan azad edilmiş ərazilərdə 4 məktəb tikilir, onlardan 2-si bu ilin sonuna qədər təhvil veriləcək. Həmçinin həmin ərazilərdə 9 magistral avtomobil yolu, 2 dəmir yolu inşa edilir, enerji və su təchizatı baxımından işlər aparılır”, - deyə o qeyd edib.
“Mədəni irsin qorunması da bizim üçün əsas prioritetdir. Hazırda Ağdamdakı Cümə və digər məscidlərdə bərpa işləri aparılır”, - deyə B.Hacıyev əlavə edib.
VETENİM-AZƏRBAYCANDIR.AZ