Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ADPU-nun Quba filialında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar “MÜSTƏQİLLİYİMİZİN BƏRPASI: HAQQIN MÜBARƏK TƏNTƏNƏSİ” adlı tədbir keçirilib

ADPU-nun Quba filialında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar “MÜSTƏQİLLİYİMİZİN BƏRPASI: HAQQIN MÜBARƏK TƏNTƏNƏSİ” adlı tədbir keçirilib
18-10-2022, 23:45 505 dəfə baxılıb

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni sədaları ilə başlayıb. Daha sonra müstəqil Azərbaycanın dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın - Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbir filialın İbtidai sinif müəllimliyi ixtisasının III tədris ili tələbəsi Rəşidə Həsənovanın moderatorluğu ilə davam edib.
Tədbirdə məruzə ilə çıxış edən filialın direktoru dosent Yusif Alıyev 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününü Azərbaycan tarixinin ən mühüm günlərindən biri adlandırıb. Azərbaycan xalqının milli azadlıq mübarizəsi” mövzusunda çıxış etdiyi məruzədə qeyd edib ki, 1991-ci ildən Müstqəllik Günü, 2021-ci ildən etibarən yeni adla "Müstəqilliyin Bərpası günü" kimi qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında, tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Bununla da Azərbaycan Respublikası öz müstəqilliyini elan etmiş olur. 18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etmişdir. Bundan sonra Azərbaycan dünyanın nəhəng dövlətlərilə ikitərəfli, bərabərhüquqlu və diplomatik münasibətlər yaratmağa başladı, nüfuzlu beynəlxalq təşkilatlara, üzv oldu. Bu gün Azərbaycan təkcə sosial-iqtisadi istiqamətdə deyil, elm, incəsənət və mədəniyyət, hərb sahəsində də dünyanın sürətlə inkişaf etməkdə olan gənc dövlətlərindən biridir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsil şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, dünyanın bir çox dövlətlərilə hərtərəfli mədəni əlaqələr ölkəni regionun aparıcı dövlətlərindən biri kimi tanıdıb. Əminik ki, 44 gün içərisində Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında tarix yazmağa müvəffəq olan Azərbaycan xalqı və iqtidar birliyi hələ bundan sonra çox uğurlara imza atmağa qadir olacaqdır. Yaşasın müstəqil Azərbaycan dövləti, yaşasın Azərbaycan xalqı! 
 Tədbirdə çıxış etmək üçün söz  AMEA-nın Tarix İnstitutunun "Azərbaycanın yeni tarixi" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənova təqdim edilib. Dosent H.Həsənov tarixi Konstitusiya aktının qəbul edilməsindən danışıb, vurğulayıb ki, 31 illik müstəqillik tariximizdə ulu öndər Heydər Əliyev imzası ilə yaranan Azərbaycan bu gün layiqli əllərdədir. Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmiş, cəmi 23 ay yaşamışdır. Tarix üçün bu çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur.
1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Bununla da, Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi.
Tədbirdə çıxış edən filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev çıxışında şair və yazıçıların əsərlərindəki azadlıq mövzusuna toxunub, azadlığa həsr edilən şeirlər səsləndirib. Gəncləri daha vətənpərvər olmağa səsləyib.
 Filialın TCM ixtisasının III tədris ili tələbəsi Hökməxanım Nuriyeva "Müstəqilliyimizi şərtləndirən amillər” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti ölkəmizdə ardıcıllıqla və uğurla davam etdirilir. Heydər Əliyev siyasi kursu və ölkəmizin Prezidenti İlham Əliyevin modernləşmə xətti yeni Azərbaycanı uğurla böyük gələcəyə doğru aparır. 
Sonra 18 Oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar hazırlanan videoçarx nümayiş olunub.
 Tədbirin sonunda 2022-ci ildə yubiley yaşları tamam olan professor-müəllim və əməkdaşlara dosent Yusif Alıyev tərəfindən Fəxri fərman və diplomlar təqdim edilib.
Qeyd edək ki, bu il ərzində filialın 10 dan çox əməkdaşının yubiley yaşları tamam olub.
1. T.f.d. Mahmudov İsmayıl Şəmil oğlu
2. Dosent Həsənov Hacı Nuru oğlu
3. Malıyeva Mahirə İskəndər qızı
4. Bağırova Mələk Tofiq qızı
5. Babaşova Sevinc Oktay qızı
6. Şeydayev Eyvaz Pirzada oğlu
7. Seyidməmmədov Şıxəmməd Şahkərəm oğlu
8. Qasımova Rəna Nurəddin qızı
9. Əsədova Xalidə Mayıl qızı
10. Bünyadova Zərbaf Kamil qızı
P. S. Əməkdaşlarımızı bir daha səmimqəlbdən təbrik edir, iş və şəxsi həyatlarında uğurlar arzu edirik.







VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI