17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
Rotterdamda “Bayraq tariximizdən…” mövzusunda konfrans keçirilib - FOTO
Bu barədə Diasporla İş Üzrə Dövlət komitəsi məlumat yayıb.
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) “Qarabağ” ofisində baş tutan tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Ardınca ölkəmizin dövlət müstəqilliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və Ermənistanın müharibə cinayətlərinin qurbanı olmuş mülki şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov tədbirin məram və məqsədlərindən danışıb. Eyni zamanda Türkiyənin şimalında – Amasrada mədən qəzasında həlak olan şaxtaçılarla bağlı qardaş türk xalqına başsağlığı verib.
Məruzəçi qismində çıxış edən BAK sədrinin müavini Sima Cəfərova Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlərin və onlara məxsus bayraqların tarixi barədə ətraflı məlumat verib. S.Nəzərova xalqımıza məxsus tarixi irsin bədxah qüvvələr tərəfindən talan edilməsinə imkan verilmədiyini nəzərə çatdırıb. Həmçinin “İrəvan Komitəsi“ İctimai Birliyinin sədri Tofiq Həsənovun tərtib etdiyi İrəvan xanlığının xəritəsini və eramızdan əvvəl Azərbaycan ərazisində mövcud olan dövlətlərin bayraqlarını nümayiş etdirib.
Konfransa videobağlantı vasitəsilə qatılan Azərbaycan Dillər Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Həqiqət Hacıyeva müasir və müstəqil Azərbaycan Respublikasının bayrağının tarixi barədə danışıb.
BAK sədrinin müavini Sima Cəfərovanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən konfransda Niderlandda fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlıları Qadınları Birliyinin və digər diaspor təşkilatlarının üzvləri, diaspor fəalları və müxtəlif ölkələrdən gələn qonaqlar iştirak ediblər.