17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş konfrans keçirilib - Fotolar
Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş konfrans keçirilib.
"Qafqazinfo" xəbər verir ki, Lerik rayonunda təşkil olunan tədbirin keçirilməsində məqsəd aqrar sahədə çalışan şəxslərin maarifləndirilməsi, bərabərlik və təhlükəsizlik şəraitində layiqli, məhsuldar əməyin tətbiq olunmasıdır.
Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov bildirib ki, layiqli əmək - beynəlxalq səviyyədə qəbul olunmuş sosial anlayışdır. Bu termin özündə səmərəli iş, əmək təhlükəsizliyi, əməkdaşların sosial müdafiəsi kimi anlayışları ehtiva edir. Layiqli əməyin əsas hədəfi sosial inteqrasiyaya, kişilər və qadınlar arasında bərabər iş imkanlarını təmin etməkdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov, nazirliyin təhsil sektorunun müdiri Emin Əliyev çıxış edərək ölkəmizdə əməyin təşkili prosesində tətbiq olunan norma və standartlar, bu sahədə mövcud olan qanunverici baza barədə geniş məlumat veriblər.
Konfrans çərçivəsində keçirilən panel sessiyalarda “Layiqli əmək və iqtisadi artım BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin aspekti kimi” “Beynəlxalq Əmək Təşkilatının dayanıqlı inkişafına dair proqram və proseslərdə səmərəli iştirak üçün həmkarlar ittifaqlarının potensialının genişləndirilməsi”, “Aqrar xidmətlər sahəsində işçilərin əmək təhlükəsizliyi”, “İqlim dəyişikliklərinə qarşı mübarizə, torpaq ekosisteminin mühafizəsi” mövzularında çıxışlar dinlənilib.
Konfransın sonunda Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən bir sıra qurumlar mükafatlandırılıb.
VETENİM-AZƏRBAYCANDIR.AZ