17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
Berlində Ermənistanın hərbi cinayətlərinə etiraz məqsədilə avtoyürüş keçirildi - Fotolar
Almaniyanın Berlin şəhərində Azərbaycan həqiqətləri ilə bağlı avtomobil yürüşü keçirilib.
VETENİM-AZƏRBAYCANDIR.AZ xəbər verir ki, bu haqda Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Paytaxtın mərkəzi küçələrində baş tutan və maarifləndirici xarakter daşıyan aksiya zamanı Azərbaycan bayraqlarına bürünən avtomobillərin üzərində “Qarabağ Azərbaycandır!”, “Azərbaycan müharibə əleyhinədir!”, “Azərbaycan sülh istəyir!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Azərbaycan torpaqlarında erməni əsgərlərinə YOX!”, “Ermənistan, bizim torpaqlarımızın minalandırılmasını dayandır!”, “Ermənistan, itkin düşmüş azərbaycanlılar barədə məlumat ver!”, “Ermənistanın hərbi cinayətlərinə son qoyulsun!” və s. şüarların yazıldığı plakatlar nümayiş etdirilib.
Başlıca məqsəd indiyədək Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında minalar basdırmağa cəhdlər göstərməsinə, rəsmi İrəvanın itkin düşmüş azərbaycanlılar haqqında məlumatları verməkdən boyun qaçırdığına, Ermənistanın ölkəmizə və xalqımıza qarşı törətdiyi müharibə cinayətlərinə, o cümlədən Edillidə tapılmış kütləvi məzarlıqlara, İkinci Qarabağ müharibəsi dövründə cəbhə xəttindən onlarla kilometr uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir, Goranboy və Tərtər kimi şəhərlərinə raket zərbələri endirilməsi nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və yeniyetmələrin öldürüldüyünə etiraz səsini ucaltmaq olub.
VETENİM-AZƏRBAYCANDIR.AZ