17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
Bu gün Şəhid Tamerlan Əliyevin Şəhadətindən 2 il ötür
44 günlük haqlı Vətən savaşının şanlı zəfərini bizlərə yaşadan, qanı-canı bahasına tarix yazan, şəhadəti ilə ən ali dərəcəyə yüksələn qardaşlarımız dan biri olan Qubalı Şəhidimiz Tamerlan Əliyevin bu gün Şəhadətinin ikinci ildönümüdür.
O, qədər acıdır ki, Tamerlan haqqında danışmaq, onu anlatmaq, onu vəsf etmək, xatirələrini paylaşmaq, onun haqqında keçmiş olaraq danışmaq...... Çox açıqdır həqiqətən. Tamerlan mənə bir başqa cür əzizdir. Oğlumun dostu olub, cox zamanlarını birgə keçiriblər, rəqslər qurublar və ş. Bəlkə də bütün bu nüanslardır ki, bu gün onun haqqında yazarkən belə səmimi etiraf edirəm ki göz yaşlarıma hakim ola bilmirəm. İnanın ki, Tamerlan dünyaya gətirən ananı, ümumilikdə onun ailəsini tanıyan hər kəs mənə şahidlik edər. Əsil Azərbaycan ailəsi, nəcibliyi və kübarlığı ilə hər zaman seçilən Zümrüd ana, Tamerlanın nur üzlü nənəsi, milli mental dəyərləri özlərində daşıyan qardaşları, mədəniyyəti və qayğısı ilə seçilən xalası və s. Bu insanlar haqqında nə qədər danışsam bitməz. Bu qədər gözəl bir ailənin övladı olub Tamerlan.
Güçü və güdrəti ilə cahana səs salan Azərbaycan Ordusunun əsgəri idi.
Gəlin onun hərb yoluna qısa da olsa ekskursiya edək.
Azərbaycan Ordusunun əsgəri olan Tamerlan Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinin iştirakçısı olub. Xüsusi qəhrəmanlığa döyüşlərdə iştirak edib. Tamerlan cəsurluğu, qorxmazlığı, cəsarəti, mərdıiyi ilə döyüşlərdə seçilən oğullarımızdandır.
Bunu onun komandirləri, doyüş yoldaşları olan qazilərimiz də təsdiqləyir.
Qəhrəmanlığa döyüş yoluna davam edən Vətən oğlu Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Düşmən həmlələri dən heç çəkinməyən, qorxmayan Tamerlan sonadək, zəfərədək gedəcəyinə əmin idi. Əfsuslar olsun ki namərd düşmən gülləsi oktyabrın 1-də Füzuli döyüşləri zamanı Tamerlan hədəf aldı, tabuta sığmayan cəngavəri iz qəhrəmancasına, Azərbaycanımızın bütövlüyü uğrunda Şəhadət zirvəsinə yüksəldi. Şəhidimiz Quba şəhərinində Şəhidlər Xiyabanında dəfn olundu.
Bəli Qəhrəmanlar can verər, yurdu yaşatmaq üçün!
Amma nə yaxsı ki, şəhidinə ehtiram bəsləyən, dəyər verən, xalqının yanında olan Cənab Ali Baş Komandanımız var.
Azərbaycanın bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Daha sonra
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Növbəti dəfə Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tamerlan Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Və bütün bunlarla yanaşı hər zaman diqqətini əksik etmir.
Bu bizim millət olaraq mükəmməlliyi izin sübutudur. Şəhidimizin ailəsinə və mələk üzlü anasına böyük bir təsəllidir. Zümrüd xanım! Sizə deyəcək o qədər sözüm varki, amma susuram və sadəcə bir cümlə ilə Allah sizə bol-bol səbr versin deyirəm. Çox açıqdır Tamerlan boyda dərdlə yaşamaq, allah sizə yar olsun.
Bizlər isə hər zaman onun ruhən yaşaması, daima yanımızda olması, onun tanınması, təbliğatı üçün əlimizdən nə gəlirsə etməyə hər daim hazırıq. Nə qədər ki, qədirbilən xalqımız var Tamerlanlarımız yaşayacaqdır. Ürəyinizi rahat tutun əziz anam, sizin timsalınızda cəmi şəhid analarının əllərindən öpürəm, allah sizə güc, güvət versin, dəyanətiniz, mərdliyiniz bütün dünyaya örnək olsun.
Allah Tamerlan Əliyevə rəhmət etsin, Ruhu şad olsun!
Nəhayət Şirinova.
İctimaiyyətçi, yazar.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ADPU Quba filialının əməkdaşı.
VETENİM-AZERBAYCANDIR.AZ