Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ərdoğan Paşinyanla bu məsələləri müzakirə edəcək

Ərdoğan Paşinyanla bu məsələləri müzakirə edəcək
4-10-2022, 11:25 223 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, oktyabrın 6-sı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi planlaşdırılır.
VETENİM-AZƏRBAYCANDIR.AZ-un məlumatına görə, “Sabah” qəzeti görüş zamanı müzakirə edilməsi gözlənilən məsələləri açıqlayıb.
Ərdoğan Paşinyana iki ölkənin xüsusi nümayəndələri arasında görüşlərin üçüncü ölkələrdə deyil, növbəli şəkildə Türkiyə və Ermənistanda keçirilməsi, bölgədə gərginliyin yaşanmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində mesajlar verəcəyi gözlənilir.
Bununla yanaşı, görüş zamanı Zəngəzur dəhlizinin istifadəyə verilməsi məsələsi ətrafında fikir mübadiləsinin aparılacağı da qeyd olunub.


VETENİM-AZƏRBAYCANDIR.AZ





ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI