22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“3 oktyabr 1993-cü il müstəqil Azərbaycan dövləti üçün qurtuluşa gedən yolun ilk pilləsi oldu
“Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətidir. Azərbaycanın bu gününü müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə müqayisə etdikdə bu fikri də böyük fəxr hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Belə ki, ölkəmiz 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etsə də ilk illərdə həyatının bütün sahələrində hökm sürən böhranlı vəziyyət yalnız Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra aradan qaldırıldı. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü və əvəzsiz Lideri Bakıya dəvət etdi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan xalqının böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının 1992-ci ilin oktyabrında ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində də o dövrün reallıqları əksini taparaq ölkəmizi düşdüyü çətin vəziyyətdən yalnız Ümummilli Liderin çıxaracağı qeyd olunmuşdu. Vətənini, xalqını canından artıq sevən ulu öndər Heydər Əliyev bu müraciətə müsbət cavabı ilə bugünkü Azərbaycanın möhkəm təməlinin qurulmasına imza atdı. Dövlət başçısı İlham Əliyev ötən il Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayında bu reallığı bir daha diqqətə çatdırdı ki, 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. Həmin dövrün canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov vurğulayıb ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa gedən yolun ilk pilləsi oldu: “Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən xilas etdi, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-nəqliyyat layihələrini reallaşdırmaqla Azərbaycanın bugünü üçün möhkəm təməl yaratdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addımlar, həyata keçirilən sosial-iqtisadi islahatlar respublikamızın milli inkişaf modelinin formalaşması prosesini daha da sürətləndirdi. Ümummilli Lider ilk gündən bəyan etdi ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil. Fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir.”
“Ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyinin, prinsipiallığının və iradə nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini daha da möhkəmləndirdi. Bu strategiyanın əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır. Dünya təcrübəsinə istinadən hazırlanmış iqtisadi strategiyanın uğurları Azərbaycanın bugünkü reallıqlarında özünün aydın ifadəsini tapır. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri, onların davamı olaraq isə Cənub Qaz Dəhlizi reallığa çevrildi. Azərbaycan dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri təqdir edilir, əməkdaşlığın coğrafiyasının genişlənməsində ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı nüfuzun rolu önə çəkilir. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması deyilənlərin təsdiqidir”,- deyə millət vəkili vurğulayıb.
Malik Həsənov bildirib ki, Ulu Öndərin müyyənləşdirdiyi və gələcəyə hesablanmış siyasət hər zaman Azərbaycanı möhtəşəm uğurlara aparır: “Son 19 ildə ümummilli lider Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev dahi şəxsiyyətin 2003-cü ildə xalqa müraciətində inamla səsləndirdiyi fikirləri reallığa çevirdi. Ulu öndər Heydər Əliyev adını tarixə müstəqilliyimizin, onun layiqli davamçısı, Prezident İlham Əliyev isə torpaqlarımızın xilskarı kimi yazdı. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl üzərində uğurla addımlayan, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırlıq işlərini yüksək səviyyədə həyata keçirən, beynəlxalq nüfuzunu möhkəmləndirən, ordu quruculuğu sahəsində davamlı addımlar atan Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti sayəsində Zəfər tarixini yazdı. Ədalətə və beynəlxalq hüquqa əsaslanan xarici siyasətinin nəticəsi olaraq Azərbaycan sözünün imzası qədər əhəmiyyətli olduğunu dünyaya nümayiş etdirdi. Bu gün dünya güclərinin Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqları qəbul edib, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səyləri də bunun təsdiqidir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi dahi şəxsiyyətin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinin təqdimatında, yeni istiqamətlərin araşdırılaraq bugünkü və gələcək nəsillərə çatdırılmasında, Azərbaycan deyiləndə ilk olaraq Ulu Öndərin göz önünə gəlməsini şərtləndirən amillərin ətraflı təhlilində əhəmiyyətli rol oynayacaq. Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayır, qarşıdakı illərdə daha möhtəşəm uğurlara imza atacaq”.
VETENİM-AZƏRBAYCANDIR.AZ