Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Vyaçeslav Volodin Milli Məclisin sədrini Rusiyaya səfərə dəvət edib

Vyaçeslav Volodin Milli Məclisin sədrini Rusiyaya səfərə dəvət edib
26-09-2022, 18:17 147 dəfə baxılıb

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı ilin sonuna qədər Rusiyaya səfərə dəvət edib.
VETENİM-AZƏRBAYCANDIR.AZ Dövlət Dumasının rəsmi saytına istinadən xəbər verir ki, dəvəti Azərbaycanda rəsmi səfərdə olan Vyaçeslav Volodin Sahibə Qafarova ilə görüşdə səsləndirib.
O, həmçinin bu səfər zamanı Dövlət Duması ilə Milli Məclis arasında qarşılıqlı fəaliyyət haqqında sazişin imzalanmasını təklif edib.
Görüş zamanı tərəflər ikitərəfli əlaqələrin inkişafı, ticarət və təhsil məsələlərini müzakirə ediblər. Belə ki, 2022-ci ilin yanvar-iyun aylarında Rusiya Federasiyası ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 1,67 milyard dollar təşkil etdiyi və bunun 2021-ci ilin analoji dövrü ilə müqayisədə 9,9 % daha artıq olduğu vurğulanıb.
V.Volodinin sözlərinə görə, Dövlət Dumasının və Milli Məclisin deputatları dövlət başçılarının qərarlarının, xüsusən də Mütəffiqlik haqqında Bəyannamənin qanunvericiliklə təminatı üçün qarşılıqlı fəaliyyəti aktivləşdirməlidirlər: "İmzalanan bəyannamə əsasında səkkiz yol xəritəsi hazırlanıb. Onların qanunvericilik dəstəyinə ehtiyacı var. Düzgün olardı ki, müvafiq komitələrimiz bu sahələr üzrə işə başlasın ki, biz də bu işə öz töhfəmizi verək.
Parlament çərçivəsində dövlət başçılarının qərarlarını həyata keçirən gündəliyin olması vacibdir. Ona görə də yeni qarşılıqlı fəaliyyət formatlarını müzakirə etmək düzgün olardı".
Dövlət Dumasının sədri hesab edir ki, belə bir format strateji məsələləri - təhlükəsizlik, gəmiçilik, ekologiya və ətraf mühitin mühafizəsini müzakirə etmək üçün Xəzəryanı dövlətlərin parlament konfransı ola bilər. Dövlət Duması region ölkələrinin qanunvericilik orqanlarına müvafiq müraciət hazırlaya bilər.
Bundan əlavə, tərəflər humanitar sahədə əməkdaşlığı müzakirə ediblər.
Sahibə Qafarova Azərbaycanda rus dilinə və mədəniyyətinə böyük hörmətlə yanaşıldığını vurğulayıb. Onun sözlərinə görə, Qafqazda ən böyük pravoslav diasporu məhz Azərbaycanda yaşayır.
Mədəni dialoqu davam etdirmək üçün Vyaçeslav Volodin Dövlət Dumasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərginin keçirilməsini təklif edib.


VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI