14:49 - İlham Əliyevin Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib - İLKİN NƏTİCƏLƏR
14:40 - Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
14:39 - Azərbaycanla BƏƏ hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalayıb
13:54 - Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi keçirilir
13:48 - Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
13:44 - Görkəmli şair Seyid Əzim Şirvaninin anadan olmasından 190 il ötür
13:42 - 9 iyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür
12:52 - Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir, icazə müddəti 5 günədək artırılıb
12:50 - Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
12:46 - Polis cərimələrinin 5 faizi sosial müdafiə xəzinəsinə yönəldiləcək – QANUN DƏYİŞDİ
12:42 - Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
12:41 - Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib
12:40 - Mikayıl Cabbarov dayanıqlı inkişaf perspektivləri ilə bağlı panel müzakirədə iştirak edib
12:35 - Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
“İslahatlar daha çox Bakı Apellyasiya Məhkəməsində nəzərə çarpır”
Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Vasif İsrafilov məhkəmə-hüquq sahəsindəki islahatlarla bağlı danışıb.
VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ xəbər verir ki, o, islahatların Bakı Apellyasiya Məhkəməsində daha çox gözə çarpdığını bildirib:
"Mənimlə hamı həmfikir olmaya da bilər. Hesab edirəm ki, son bir il ərzində Bakı Apellyasiya Məhkəməsində islahatlar daha səmərəli aparılır. Hakimlər ədalətlilik, humanizm, qanunçuluq və bərabərlik prinsipinə ən çox bu məhkəmədə riayət edir. Məhkəmənin iş prinsipi çox gözəl qurulub.
Bakı Apellyasiya Məhkəməsinin hakimləri tərəfindən sərbəst, müstəqil, ittiham tərəfindən çəkinməyərək ədalətli və qanuni qərarların çıxarılmasının, işlərin hərtərəfli araşdırılmasının, düzgün nəticəyə gəlinməsinin şahidi oluram".
Vəkil qeyd edib ki, bu məhkəmədə müdafiə tərəfi ilə ittiham tərəfinə bərabər şəkildə yanaşılır: "Son dövrlər icraatımda olan işlərlə bağlı deyə bilərəm ki, Bakı Apellyasiya Məhkəməsində işlərə baxılarkən hakimlər, əsasən də cinayət işləri üzrə işlərdə müdafiə tərəfi ilə ittiham tərəfi arasında fərq qoyulmur. Buna misal olaraq, son dövrlərdə cinayət işləri ilə bağlı məhkəmənin çıxardığı bəraət hökmlərini, əməlin düzgün tövsifünə xüsusilə diqqət yetirilməsini, müdafiə tərəfinin sübutlarının və vəsatətlərinin araşdırılmasını və sair halları göstərə bilərəm.
Nəzərə alsaq ki, Bakı Apellyasiya Məhkəməsinin ölkədə daha böyük hakim korpusuna malik olmasına baxmayaraq, qısa zaman ərzində görünən müsbətə doğru dəyişiklik nəinki biz vəkillər üçün, bütün hüquq camiəsi üçün sevindirici haldır".
VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ