13:54 - Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi keçirilir
13:48 - Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
13:44 - Görkəmli şair Seyid Əzim Şirvaninin anadan olmasından 190 il ötür
13:42 - 9 iyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür
12:52 - Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir, icazə müddəti 5 günədək artırılıb
12:50 - Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
12:46 - Polis cərimələrinin 5 faizi sosial müdafiə xəzinəsinə yönəldiləcək – QANUN DƏYİŞDİ
12:42 - Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
12:41 - Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib
12:40 - Mikayıl Cabbarov dayanıqlı inkişaf perspektivləri ilə bağlı panel müzakirədə iştirak edib
12:35 - Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
17:31 - Təbrik edirik.
13:34 - GÜNƏŞƏ QOVUŞMAQ İSTƏYİRƏM MƏN.
Ceyhun Bayramov britaniyalı naziri Ermənistanın təxribatları barədə məlumatlandırıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa regionu üzrə Dövlət naziri Leo Dokerti ilə telefon danışığı baş tutub.
Bildirilib ki, telefon danışığı zamanı tərəflər Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış gərgin vəziyyəti müzakirə ediblər.
Nazir Ceyhun Bayramov 12 sentyabr tarixindən etibarən Ermənistanın silahlı qüvvələrimizin mövqelərini atəşə tutması və hücumları nəticəsində 79 nəfər hərbi qulluqçumuzun həlak olduğunu, bölgədə yaranmış gərginliyə görə məsuliyyətin Ermənistan üzərinə düşdüyünü diqqətə çatdırıb. Ermənistanın 44 günlük Vətən müharibəsindən sonra əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə riayət etməməsi, habelə post-münaqişə dövründə normallaşma prosesinə yaratdığı maneələr və silsilə təxribatlar barədə məlumat verilib. Hal-hazırda atəşkəsə əməl olunduğu, Ermənistanın təxribatlardan çəkinməsinin və iki dövlət arasında məsələlərin danışıqlar yolu ilə həll edilməsinin əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycanın sülh gündəliyini irəlilədən və bölgədə yenidənqurma işləri aparan bir dövlət kimi Ermənistan ilə siyasi-diplomatik müstəvidə normallaşma prosesində maraqlı olduğu nazir tərəfindən diqqətə çatdırılıb.
Dövlət naziri Leo Dokerti öz növbəsində yaranmış vəziyyətə görə narahatlığını ifadə edib, Azərbaycanın hərbi qulluqçularının həlak olmasına görə başsağlığı bildirib, hazırda atəşkəsə əməl olunmasından məmnunluğunu vurğulayıb. Sabitliyin təmin olunacağına və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Daha sonra tərəflər Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlığının gündəliyində duran məsələlər üzrə fikir mübadiləsi aparıblar.
VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ