Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Əflatun Amaşov istəməsə, başqa adam sədr seçiləcək” - Rəşad Məcid

“Əflatun Amaşov istəməsə, başqa adam sədr seçiləcək” - Rəşad Məcid
8-09-2022, 23:26 223 dəfə baxılıb

“Mən 2003-cü ildən Mətbuat Şurasının İdarə Heyətinin üzvüyəm. Jurnalistlər etimad göstərsə, bu dəfə də qurumun İdarə Heyətində olacağam. Şəxsin özünün namizədliyini irəli sürməsi etik deyil. Əgər namizədləyimi kimlərsə irəli sürsə, şübhəsiz ki, Mətbuat Şurasının gələcək fəaliyyəti barədə fikirlərim var”. 
Bu sözləri Yenisabah.az-a Əməkdar jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid sentyabrın 24-də Mətbuat Şurasının keçiriləcək 8-ci qurultayı barədə danışarkən deyib.
R.Məcid qeyd edib ki, Mətbuat Şurasının üzvləri olan qurumlar Mətbuat Şurası İdarə Heyətinə namizədlər irəli sürəcəklər. Daha sonra bu namizədlər içində ən çox səs yığanlar qurultaya səsverməyə buraxılacaqlar. Onlar da Mətbuat Şurasının İdarə Heyətinin sədrini seçəcəklər: "Qurultay nümayəndələrinin iradəsiylə məsləhət gördükləri şəxs də bu vəzifəni icra edəcək. Düşünürəm ki Mətbuat Şurasında üzvlərin yarısından çoxu yeni simalar, xüsusən də gənclər olmalıdır. Bununla yanaşı, cəmiyyətdə nüfuzu, jurnalistlər arasında etibarı olan həm ictimaiyyət nümayəndələri, həm də mətbuat işçiləri yenə heyətdə olmalıdır. Daha çox müstəqil insanların orda olmasına şərait yaradılmalıdır ki, Şuranın özünütənzimləmə qurumu kimi fəaliyyətində onların rolu olsun". 
Rəşad Məcid düşünür ki, qurumda yeni simaların varlığı onun fəaliyyətində mühüm istiqamətlər müəyyənləşdirəcək:
"Ümumiyyətlə, Mətbuat Şurasının fəaliyyətini əksər insanlar müsbət qiymətləndirir. Sadəcə olaraq, son bir neçə ildə Şura zəiflətmişdi və yaxud Mətbuat Şurasına etimad azalmışdı. Qurum özünü doğrultmamışdı. Buna görə də  Mətbuat Şurasının nüfuzu aşağı düşmüşdü. Amma demək olmaz ki, Mətbuat Şurası bu illərdə heç nə iş görməyib  Mətbuatın özünütənzimləməsində, bir sıra şikayətlərin məhkəmələrə qədər həll olunmasında Şuranın böyük rolu olub. Əminəm ki, yeniləşən Mətbuat Şurası daha çox iş görəcək. Mən yeni simalar deyəndə texnobloger Fərid Pərdəşünas kimi gəncləri nəzərdə tuturam.Çox istərdim ki Mətbuat Şurasının Yeni İdarə Heyətində bu cür yeni düşüncəli, yeni texnologiyalara bələd olan, eyni zamanda beynəlxalq qurumlarla əlaqəsi olan şəxslər olsun. Güman ki belə də olacaq”.
Sonda Rəşad Məcid deyib ki, hazırkı sədr Əflatun Amaşovun Mətbuat Şurasının ərsəyə gəlməsində, fəaliyyətində çox böyük xidmətləri olub:
“Əminəm ki, Əflatun Amaşov yenə Mətbuat Şurasının üzvü seçiləcək. Əgər özü sədr olmaq istəməsə, başqa adamın sədr seçilməsi mümkündür”. 
Həcər ƏMİRASLANLI 

VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI