17:31 - Təbrik edirik.
13:34 - GÜNƏŞƏ QOVUŞMAQ İSTƏYİRƏM MƏN.
18:05 - Sabah yağış yağacaq, tempratur isə...
18:04 - Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
18:01 - Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı
19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
“Dərs verən müəllimin bunlardan xəbəri olmalıdır” - Deputat
Təhsilverənlərin əvvəlcədən müəyyənləşdirilmiş müddət keçdikdən sonra müvafiq qaydalarda sertifikasiyadan keçirilməsi qabaqcıl ölkələrdə var, bu tamamilə normal prosesdir. Çünki həyat da, təhsil də inkişaf edir və tədrisin metodikasında yeniliklər yaranır. Dərs verən müəllimin bunlardan xəbəri olmalıdır.
Deputat bildirib ki, bu gün vətəndaşlarımızın çoxu ibtidai və orta məktəblərdə, bütövlükdə təhsil sistemində tədrisin keyfiyyətinin aşağı olduğunu deyir:
"Bunun səbəbləri nədir, vəziyyəti necə düzəltmək olar? Bilindiyi kimi, tədrisdə başlıca şəxs müəllimdir. Müəllim dərs verə bilmirsə, o zaman onunla necə davranmaq lazımdır? Burada əsasən iki yol var: birincisi, haqlı və ya haqsız narazılıq yaradan, bir çox hallarda subyektivliyə yol açan inzibati yol. Bu yolu uğurlu saymıram. İkincisi, təbii, müəllimlərin sertifikasiyadan keçirilməsi yoludur. Düzgün yol müəllimlərin sertifikasiyadan keçirilməsidir. Sertifikatlaşdırmaya müsbət yanaşmaq lazımdır. Peşəsini bəlli səviyyədə bilməyən müəllimlər inzibati deyil, təbii yolla və qanunla siniflərdə dərs verməkdən uzaqlaşacaq, onların yerini yaxşıları tutacaq, təhsilimizə sağlam rəqabət gələcək, keyfiyyət yaxşılaşacaq. Sertifikatlaşdırmadan keçməyən şəxslər bunun səbəblərini kənarda deyil, özlərində axtarmalıdırlar".
Milli Məclis üzvünün sözlərinə görə, müəllimlərin hamısını bilik və bacarıq səviyyəsinə görə ümumiləşdirib qiymət vermək düzgün olmazdı:
"Çalışmaq lazımdır ki, dərsləri savadlı müəllimlər versin. Bunun da ən rahat yolu sertifikasiyadan keçməkdir. Sertifikatlaşdırma bizdə yeni olduğu üçün çatışmazlıqlara da rast gəlinəcək. Amma bu proses zamanı mənfi hallara (sualların əvvəlcədən verilməsi, himayədarlıq və s.) yol verilməsi bütövlükdə dövlətimizin təhsil siyasətinə kölgə düşürə biləcəyindən qarşısı dərhal və qətiyyətlə alınmalıdır".
Qeyd edək ki, ötən gündən etibarən təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı mərhələsinə start verilib. Ümumilikdə 11 min müəllim imtahan prosesində iştirak edəcək.
VETENİM-AZERBAYCANDIR.AZ