18:05 - Sabah yağış yağacaq, tempratur isə...
18:04 - Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
18:01 - Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı
19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
Zakir Həsənov iclas keçirdi - Video+Fotolar
Avqustun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin iştirakı ilə Maddi-Texniki Təminat Baş İdarəsində toplantı keçirilib.
VETENİM-AZERBAYCANDIR.AZ “Qafqazinfo” istinadən xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, toplantıda Azərbaycan Ordusunun maddi-texniki təminat məsələləri müzakirə edilib.
Müdafiə nazirinə məruzə olunub ki, Azərbaycan Ordusunda şəxsi heyətin təminat məsələlərinin yüksək səviyyədə saxlanılması daim diqqət mərkəzindədir.
Bildirilib ki, qardaş Türkiyənin və digər qabaqcıl ölkələrin təcrübələrindən istifadə olunmaq şərtilə hərbi qulluqçuların xidmət şəraiti, ərazi relyefi və iqlim şəraitinə müvafiq olaraq təminat məsələlərinə dair təkliflər hazırlanıb.
Təkliflərə əsasən bütün qoşun növləri üzrə silahlanmaya yeni qəbul edilən texnika və avadanlıqların, eləcə də texniki vəsaitlərin daha da səmərəli istifadəsi nəzərdə tutulur. Eyni zamanda, hərbi qulluqçuların ümumqoşun quru ərzaq payı normasının tərkibi zənginləşdirilir.
Qeyd olunub ki, yeni təkliflərin əsas məqsədi şəxsi heyətin bütün növ təminatını daha da yaxşılaşdırmaqdır.
Sonra hərbi qulluqçuların təminat növlərində yeni təklif olunan nümunələrə baxış keçirilib.
Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin bütün təminat məsələlərinə nəzarətin gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişlər verib.
General-polkovnik Z.Həsənov yeni təkliflərin nəzərə alınması ilə bağlı aidiyyəti şəxslər qarşısında tapşırıqlar qoyub.
VETENİM-AZERBAYCANDIR.AZ