14:49 - İlham Əliyevin Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib - İLKİN NƏTİCƏLƏR
14:40 - Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
14:39 - Azərbaycanla BƏƏ hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalayıb
13:54 - Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi keçirilir
13:48 - Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
13:44 - Görkəmli şair Seyid Əzim Şirvaninin anadan olmasından 190 il ötür
13:42 - 9 iyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür
12:52 - Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir, icazə müddəti 5 günədək artırılıb
12:50 - Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
12:46 - Polis cərimələrinin 5 faizi sosial müdafiə xəzinəsinə yönəldiləcək – QANUN DƏYİŞDİ
12:42 - Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
12:41 - Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib
12:40 - Mikayıl Cabbarov dayanıqlı inkişaf perspektivləri ilə bağlı panel müzakirədə iştirak edib
12:35 - Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
TDT Laçın, Sus və Zabuxun Azərbaycana qaytarılmasını alqışladı
Türk Dövlətləri Təşkilatının (TDT) Baş Katibliyi Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasını alqışlayan bəyanat yayıb.
VETENİM-AZERBAYCANDIR.AZ “Qafqazinfo” -ya istinadən xəbər verir ki, təşkilatın Baş Katibliyi bəyanatda 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın icra prosesinin davamı kimi Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasını alqışlayıb.
“Türk Dövlətləri Təşkilatı qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini və sadiqliyini bir daha bəyan edir və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində münaqişədən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazır olduğunu bildirir.
Türk Dövlətləri Təşkilatı diplomatik səylərin vacibliyini vurğulayır və Cənubi Qafqazda sülh və sabitliyə, məcburi köçkünlərin azad edilmiş ərazilərə qaytarılması işinə xidmət edəcək Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılmasını dəstəkləyir”, - bəyanatda qeyd olunur.
VETENİM-AZERBAYCANDIR.AZ