Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Millətinin etimad etdiyi xanım

Millətinin etimad etdiyi xanım
26-08-2022, 10:40 237 dəfə baxılıb

Bu bir həqiqətdir ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 18 ildə fondun həyata keçirdiyi layihələrin mahiyyəti onilliklərdə görüləcək işlərə bərabərdir. Fond daha çox gələcəyə hesablanmış addımlar atmağı bacarır və təşkilatın diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir. Öz fəaliyyətini müasir zamanın tələbinə cavab verən şəkildə qurmağa - cəmiyyətdə olan, insanları narahat edən problemləri aşkar etməyə, bu problemlərin həlli yolunda lazımi tədbirləri hazırlamağa, həyata keçirməyə və uğurlu nəticələri əldə etməyə çalışan fondun fəaliyyətinin əsas istiqamətləri sırasında səhiyyənin mühüm yer tutması qətiyyən təsadüfi deyil.

Yarandığı gündən müxtəlif xəstəliklərdən əziyyət çəkən gənclərin, uşaqların qayğısına qalan fond minlərlə insana şəfa bəxş edib. Bunları təsdiqləyən kifayət qədər faktlar var. Məsələn, şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə qayğı fondun fəaliyyətində mühüm yer tutur. Çünki bu gün dünyada ürək-damar və onkoloji xəstəliklərdən sonra insanlar daha çox şəkərli diabetdən əziyyət çəkirlər. Yəni bu, dünyada ən geniş yayılmış üçüncü xəstəlik hesab olunur. Heydər Əliyev Fondu bu xəstəlikdən əziyyət çəkən insanların zəruri preparatla təmin olunması, xüsusən də şəkərli diabet xəstəliyinə tutulmuş uşaqlar üçün müxtəlif layihələr həyata keçirir. Bütün bunlar şəkərli diabet xəstələrinin səhhətini yaxşılaşdırmaq və pasiyentləri müasir müalicə vasitələri ilə təmin etmək məqsədi daşıyır. Bu nəcib layihələrin reallaşmasında əsas məqsəd ictimaiyyətin, milli və xarici şirkətlərin diqqətini uşaqların sağlamlığının qorunması məsələlərinə yönəltməkdir.

Səmərəli tibbi xidmətin təşkilini vacib hesab 
 hesab edən fond 2004-cü ildən başlayaraq "Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində hər il şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqları insulin preparatları və şpris-qələmlərlə təmin edir. Ötən illər ərzində fonda müraciət edən insanlara köməyin göstərilməsi üçün səhiyyə müəssisələri ilə sıx əlaqə qurulub, minlərlə insanın müayinə və müalicəsi məqsədilə lazımi tədbirlər görülüb.

Xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən insanların müalicəsində rolu olan aparatların Azərbaycana gətirilməsi də məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə baş tutub. Bu gün xəstəxanalarda hemodializ mərkəzlərində xəstələr pulsuz olaraq müalicə alırlar. Bir sözlə, fond tərəfindən hemodializ aparatlarının xəstəxanalara verilməsi xroniki böyrək çatışmazlığından əziyyət çəkənlərin vəziyyətini yüngülləşdirir.

Fondun səhiyyə sahəsində həyata keçirdiyi mühüm layihələrdən biri də "Talassemiyasız həyat”dır. Bu xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələləri həmin layihə üzrə görülən işlərin əsas istiqamətləridir. Problemin ciddiliyini nəzərə alan fond Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılması, ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakıda Talassemiya Mərkəzi inşa edib. Mehriban xanım Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın mütəmadi olaraq bu mərkəzə baş çəkmələri, xəstələrin durumu ilə maraqlanmaları deyilənləri bir daha təsdiqləyir.

Bununla yanaşı, fondun təşəbbüsü ilə anadangəlmə ürək qüsurundan əziyyət çəkən uşaqların müayinə, müalicə və əməliyyatı ilə bağlı davamlı olaraq aksiyalar keçirilir. Valideyn himayəsindən məhrum olan uşaqları hər zaman diqqətdə saxlayan fond Azərbaycanın xoşbəxt gələcəyinin təmin olunması istiqamətində böyük işlər görür. Mehriban xanım Əliyevanın valideyn qayğısından və himayəsindən məhrum olmuş uşaqlara sevgisi müasir Azərbaycan tarixində ayrıca sütunla yazılıb. Fəaliyyətində humanist dəyərlər birinci yerdə dayanan fondun təşəbbüsləri və həyata keçirdiyi layihələrin bir çoxu valideyn himayəsindən məhrum olmuş uşaqların firavanlığına, onların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Bu gün ölkəmizdə kimsəsiz uşaq deyəndə hər kəsin gözü önünə oların himayədarı kimi Mehriban xanım Əliyeva gəlir. Uşaqlarin iş və mənzillərlə təmin olunması üçün fond bir çox layihələr həyata keçirir.

Bütün bunların mərkəzində əlbəttə ki, xeyirxahlıq, qayğıkeşlik və insanpərvərlik amili durur. Məhz ona görə də Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva xoşməramlı missiyası, uğurlu fəaliyyəti ilə xeyirxahlıq mücəssəməsi kimi tanınır.

Mehriban xanım Əliyeva gördüyü işlərlə Azərbaycan qadınının xeyriyyəçi, mərhəmətli, ictimai-siyasi fəaliyyətdə olan bir varlıq olduğunu dünya ictimaiyyətinə bir daha sübut edən  gözəl ictimai-siyasi xadim,  ləyaqətli bir Azərbaycan qadınıdır.
Bizim birinci Xanımda Ağlın, Zərifliyin, Qətiyyətin cazibəsi var!

Azərbaycan xalqı Mehriban Xanım Əliyeva ilə ilə fəxr edir, qürur duyur!

Nərimanov Tibb Mərkəzinin  həkim-pediatrı Sevil Orucova

VETENİM-AZERBAYCANDIR.AZ   

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI