18:05 - Sabah yağış yağacaq, tempratur isə...
18:04 - Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
18:01 - Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı
19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
Avqustun 16-da Balakən şəhər Humanitar və texniki təmayüllü liseydə Vətən Müharibəsi Qəhrəmanı şəhid Amin Namazovun büstünün açılışı mərasimi olub.
Tədbirdə Şəki Zakatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev,Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, şəhidin ailə üzvləri,ictimayət nümayəndələri,müəllimlər, şagird və digər qonaqlar iştirak ediblər. Tədbir vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən Şəki Zakatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev şagirdlərə vəətənpərvərlik ruhunu yüksəltmək,
gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək,Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə təşəbbüslərin təqdirəlayiq olduğunu bildirib.
İdarə müdürü Azərbaycanın Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrikliyi və sərkərdəlik məharəti sayəsində 44 gün ərzində torpaqlarımızın azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu söyləyib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qəlbədən, döyüşlər zamanı şəhid və qazilərimizin, o, cümlədən Amin Novruzovun göstərdiyi qəhrəmanlıq və şücaətindən söz açıb. İcra Başçısı çıxışında həmçinin bu gün, ölkə rəhbərliyi tərəfindənşəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, dövlətimizin şəhidlərin adını əbədiləşdirməsindənvə ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib.
Tədbirdə iştirak edən şəhidin ailə üzvləri yaxınları göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Daha sonra tədbirdə məktəblilərin ifasında məktəblilərin vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompazisiya nümayiş olunub.
Günel Alvasova Vetenim azerbaycandır.az