18:05 - Sabah yağış yağacaq, tempratur isə...
18:04 - Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
18:01 - Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı
19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
Ermənistanlı deputatlar Qarabağdadır - Haylar Laçında təxribata çalışırlar
Ermənistan KİV-ləri parlamentdəki “Hayastan” blokundan olan bir qrup deputatın dünən Qarabağa gəldiyi barədə xəbər yayıb.
44gün.az “Hraparak”a istinadən xəbər verir ki, erməni deputatların Laçın keçid məntəqəsindən geri qaytarıla biləcəyi qorxusuna rəğmən, onlar sərhəddi maneəsiz keçərək, Azərbaycan ərazisinə daxil olublar.
Daha əvvəl isə eks-prezident Serj Sərkisyanın liderlik etdiyi “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyanın da Qarabağa yollandığı bildirilir.
Sabiq prezident Robert Köçəryanın liderlik etdiyi “Hayastan” blokunun Qarabağa gələn deputatları arasında Aqnesa Xamoyan, Aram Vardevanyan, Aqvan Vardanyan, Anna Qriqoryan, Artur Sarkisyanın olduğiu bildirlir. Onların Laçın şəhəri və Zabux kəndinə səfəri planlaşdırılıb.
Artıq Zabuxa baş çəkən Ermənistan parlamentinin üzvləri kəndin icma rəhbəri Anrdanik Çuvaşyanla görüşüb söhbət ediblər.
Bu gün onların Xankəndidə görüşləri olacaq.
“Lakin deputatlar səfərin təfərrüatlarını açıqlamamağa çalışır, ola bilsin ki, maneələrin yaranacağından qorxurlar”, - “Hraparak” yazıb.
Xatırladaq ki, Azərbaycan tərəfi Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz yaşayan ermənilərin avqustun 25-nə kimi çıxmalarını tələb edib. Hazırda həmin ərazilərdə yır-yığış başlayıb və ermənilər köçməyə hazırlaşırlar. Heç şübhəsiz ermənistanlı deputatların bölgəyə gəlişi təxribat xarakteri daşıyır. Onların məqsədi Laçında yaşayan mülki şəxslərin dirəniş göstərməsinə çalışmaq, yaşayış məntəqələrinin boşaldılmasına mane olmaqdır.