18:05 - Sabah yağış yağacaq, tempratur isə...
18:04 - Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
18:01 - Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı
19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
Ulu öndərin dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsidir.
Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri oıduğu ilk illərdən ana dilinin sosial- siyasi,ideoloji problemləri ilə bilavasitə məğlub olub.Tarix üçün o qədər də böyük olmayan,təxminən onillik bir müddətdə görkəmli dövlət xadimi həqiqətən böyük tarixi olan aşagıdakı işləri həyata keçirib.
Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında öz əksini tapıb.Moskvanın etirazlarına baxmayaraq,respublikada rus dili ilə yanaşı Azərbaycan dilinin də rəsmiliyi təmin edilib.
Azərbaycan dili məktəbin,maarifin inkişafına xüsusi qayğı göstərib,bir sıra digər Sovet respublikalarından fərqli olaraq,Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib.Azərbaycan dilində mətbuatın,elmin tərəqqisi üçün dövlət rəhbərliyi əlindən gələni edib,Azərbaycanın böyük yazıçıları öz əsərlərini,demək olar ki,yalnız ana dilində yazıb,Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları "Azərbaycan","Ulduz"jurnalı,"Ədəbiyyat və İncəsənət"qəzeti Azərbaycan dilində nəşr edilib.Həm rəsmi,həm də qeyri rəsmi yıgıncaqlarda,məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən respublika rəhbəri praktiki olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsinə bilavasitə təsir göstərib,başqalarına nümunə olub.
Bütün bunlar onu göstərir ki,Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub.Ali məktəblər üçün yazılmış "Müasir Azərbaycan dili" dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi,anadili ədıbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması,Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği məhz bunun nəticəsi idi.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi,ictimai-siyasi,ideoloji-mənəvi həyatın normallaşmasına,sabitləşməsinə nail oıdu.Və Onun xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi idi.Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu.Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı uzaqgörən addımlar atan Ümummilli Liderin"Millətin milliyini saxlayan onun dilidir"ifadəsi dərin məna daşıyır.
30 sentyabr 2022-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindın "Azərbaycan Rüspublikasında dövlət dili haqqında"Qanun təsdiq olundu.Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindın biri sayır,onun tətbiqi,qorunması və inkişaf etdirilməsi qayğısına qalır.
Ulu Öndər Heydər Əliyevin qərarı ilə 1 avqust tarixi hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
Ümumilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə,milli adət-ənənələrimiz,qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm uğurlu tədbirlərdən biri də 2004-cü ildə imzaladığı "Azərbaycan milli ensiklopediyanın nəşri haqqında"Sərəncam oldu.Prezident İlgam Əliyev milli xüsusiyyətlərimizin saxlanılmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək deyib:"Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz,ədəbiyyatımız,tariximiz,ənənələrimizdir".
Kəmalə Rüstəmova
YAP fəalı
#YAP #YeniAzerbaycanPartiyasi #IlhamAliyev
"Vətənim-Azərbaycandır.az"