Ölkənin Birinci xanımı hörmətli Mehriban Əliyeva nın ən böyük mükafatı ölkəmizdə və beynəlxalq miqyasda milyonların rəğbəti – sevgisidir. O, özünün dediyi kimi, bu sevgidən ilham alır, peşəkar fəaliyyətini bu stimul əsasında uğurla, yorulmadan və böyük şövqlə davam etdirir
Onun bir şəxsiyyət kimi formalaşmasında Ulu öndər Heydər Əliyev siyasi məktəbinin güclü təsiri olmuş, onun bir siyasi və dövlət xadimi olaraq bilik və təcrübəsindən, qeyri-adi zəkasından bəhrələnmişdir. Heydər Əliyev ideyalarına, vətənə, xalqa bağlılığı, zəngin mədəniyyətimizə dərin hörmət və qayğısı Mehriban xanımın həyat amalına çevrilmişdir.
Yaşadığımız dünya nə qədər praqmatik olsa da mənəvi meyar və bəşəri dəyərlər hər zaman aktual olur. Xeyriyyəçilik, yaxşı əməl, mənəvi saflıq hər bir bəşər övladının özündən sonra qoyub getdiyi ülvi və müqəddəs dəyərlərdən sayılır. Mənəvi kamillik səviyyəsinə qovuşmuş şəxsiyyətlər öz əməlləri ilə başqalarına örnək olur, dövrünün problemlərinə əsil ziyalı vətəndaş təəssübkeşliyi ilə yanaşır, xalqının xoşbəxt və təminatlı gələcəyinə xidmət edən xeyirxah əməllərin müəllifinə çevrilir. Məmləkətin birinci xanımı kübar həyatdansa ölkənin siyasi həyatında tədricən, lakin dönmədən özünün iştirak imkanlarını artırmaqla son dərəcə mühüm kulturoloji, sosial layihələr həyata keçirməklə, siyasətçi, diplomat, ictimai xadim yolunu seçdi və həyatının mənasını xalqına, vətəninə məhəbbətdə gördü. Xalqımızın minilliklərlə yaradıb yaşatdığı bəşəri dəyərlərin hamisinə və əsl qayğıkeşinə çevrildi.Mehriban xanım Əliyevanın çoxşaxəli, uğurlu, səmərəli və nümunəvi fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Dünya miqyasında elm xadimləri, ziyalılar, ictimai-siyasi personalar, dövlət adamları və digərləri Azərbaycanın birinci xanımının tarixi missiya yerinə yetirdiyini, bəşəriyyətin bugünkü inkişafına və gələcəyinə layiqli töhfə verdiyini ifadə edirlər. Mehriban xanım Əliyeva indiyə qədər bir çox sorğularda müxtəlif nominasiyalar üzrə qalib olub, onun fəaliyyətinə adekvat və yüksək qiymət verilib. Bu, müsbət beynəlxalq imicin, yaxud dünyada ictimai-siyasi prestijin göstəricisidir. Bunlarla yanaşı, o, Azərbaycanın ən yüksək təltiflərinə - “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülüb, müxtəlif ölkələrin yüksək dövlət təltifləri ilə mükafatlandırılıb. Amma Mehriban xanım Əliyevanın ən böyük mükafatı ölkəmizdə və beynəlxalq miqyasda milyonların rəğbəti – sevgisidir. O, özünün dediyi kimi, bu sevgidən ilham alır, peşəkar fəaliyyətini bu stimul əsasında uğurla, yorulmadan və böyük şövqlə davam etdirir
Mehriban xanım Əliyeva həm insanpərvər, həm də vətənpərvərdir. Ona görə də daim sosial məsələlərin həllinə xüsusi diqqət göstərir. Onun təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr müvəffəqiyyətlə həyata keçirilir. Birinci xanım cəmiyyəti narahat edən, dövlətimiz və xalqımız üçün müstəsna əhəmiyyət daşıyan məsələlərin həlli üçün çalışır və buna nail olur.
Tarix sərvətdir, milli irsdir, onu yaradan, yaşadan isə şəxsiyyətlərdir. Şərq xalqları bəşər sivilizasiyasına, onun mədəni mirasına mühüm töhfələr verən tarixi şəxsiyyətlər yetişdiriblər. Elə həmin şəxslər də tarix yazaraq tarixin yaddaşına əbədi həkk olunublar, milli yüksəlişə, tərəqqiyə, intibaha aparan yolda silinməz izlər buraxıblar. Tanrı uzun illər – tarix boyu müxtəlif istilalara, işğallara, assimilyasiya cəhdlərinə məruz qalan Azərbaycan xalqına da bu xoşbəxtliyi bəxş edib.
Xoşbəxtliyimiz ondadır ki, xalqımızın parlaq simalarının – şəxsiyyətlərinin çiyinləri üzərində intibah zirvəsinə ucalan Azərbaycan öz övladları ilə ali məqama çatıb, ali dəyərləri – milli və bəşəri ənənələri yaşadıb. Azərbaycan adlı məmləkətin müstəqillik dövrü isə bu baxımdan bənzərsiz nümunələrlə zəngindir.
Müstəqil Azərbaycan bizim milli-siyasi sərvətimizdir. Bu sərvəti isə unikal dəyərlərimiz olan tarixi şəxsiyyətlərimiz sayəsində qorumuşuq və qoruyuruq. Mübahisəsiz qəbul edilən fikir var: müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir. Bəli, bu, belədir – siyasi təqvimimiz Heydər Əliyevin adı, fəaliyyəti, irsi və ideyaları ilə bağlıdır. Həmçinin Azərbaycanı yüksəldən, zənginləşdirən, gücləndirən amil Onun əvəzsiz mirasıdır. Miras isə layiqli varis sayəsində yaşayır və yaşadılır. O, güclü, qətiyyətli Lider, vətənpərvər şəxsiyyət, layiqli siyasətçi və müdrik dövlət xadimi İlham Əliyevdir.
Azərbaycanın Lideri təkcə milli inkişaf modelinin müəllifi deyil, həm də son 2 əsrdə ilk dəfə torpaqlarımızı azad etmiş yenilməz Sərkərdə - Müzəffər Ali Baş Komandandır. O, Ulu Öndərin müasir simasıdır. İlham Əliyevin xoşbəxtliyi təkcə güclü və nüfuzlu Azərbaycan hədəfinə çatmaqda, milyonların sevgisini, rəğbətini qazanmaqda deyil, həm də Mehriban Əliyeva kimi Heydər Əliyev ideyalarının və milli-mənəvi dəyərlərin daşıyıcısı olan ömür-gün yoldaşına, böyük dayağa və silahdaşa sahib olmaqdadır.
Yazılarımın birində Mehriban xanım Əliyevanın əslindən-nəslindən, şəcərəsindən bəhs edərək onu Qubadlının Həcəri – Azərbaycanın qeyrət simvolu adlandırmışdım. O, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsi, dəyərli alim Aida İmanquliyevanın övladı kimi böyük bir şəcərənin davamçısı – Azərbaycan xalqının, elə doğma qubadlıların fəxridir. Mehriban xanım daxili dünyası – nəcibliyi, qeyrəti, ləyaqəti və torpağına, yurduna bağlılığı ilə fərqlənir. O, həm milli dəyərlərimizi tərənnüm etdirir, həm adətlərimizi, tariximizi yaşadır, həm də yenilik, müasirlik nümunəsidir. Azərbaycanın birinci xanımı statusunu ləyaqətli daşıyan Mehriban Əliyevanın fərdi portret cizgiləri zəngin, rəngarəng, özünəməxsus və bənzərsizdir. O, həm Azərbaycan qadınının layiqli obrazı – qeyrət simvolu, həm müasir və mütərəqqi düşüncəyə malik ictimai xadim, həm də humanizm, xeyriyyəçilik ənənələrini yaşadan müsbət obrazdır.
Elnur Qasımov.Mehriban xanım Heydar Aliyev Foundation Prezidenti, ölkənin Birinci Vitse Prezidenti, UNESCO və ISESKO-nun xoşməramlı səfiridir.
Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az".