Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Aİ-Azərbaycan əlaqələri: enerji əməkdaşlığı insan haqları ilə bağlı vəziyyətə kölgə salırmı?

Aİ-Azərbaycan əlaqələri: enerji əməkdaşlığı insan haqları ilə bağlı vəziyyətə kölgə salırmı?
19-07-2022, 08:16 203 dəfə baxılıb

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.


Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bazar ertəsi günü Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra tərəflər enerji münasibətlərinə dair Anlaşma Memorandumu imzalayıblar.

Görüşdən dərhal sonra açıqlama verən avropalı rəsmi bildirib ki, müqavilədə Azərbaycandan Trans-Adriatik kəməri (TAP) vasitəsi ilə idxal edilən qazın həcminin iki dəfə artırılması nəzərdə tutulur.

Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın artması, ictimai fəallar və siyasi partiya nümayəndələri arasında narahatlıq yaradıb. Onlar hesab edirlər ki, enerji resurslarına ehtiyacının artdığı bir ərəfədə, Avropa İttifaqı Azərbaycanda insan haqlarının mövcud vəziyyətini “gözardı etməməlidir”.

Hüquqşünas Anar Məmmədli hesab edir ki, enerji sahəsində imzalanan sənədlər ölkədə insan haqları ilə bağlı məsələlərə “kölgə salır”.

Müsavat partiyasının başqanı Arif Hacılının fikrincə, Avropa İttifaqı enerji siyasətində uzun illərdir Rusiyada insan haqlarının pozulmasını "görməzdən gələrək atdığı yalnış addımları" Azərbaycanla münasibətdə təkrarlamamlıdır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə hökumətin Avropa İttifaqı ilə apardığı enerji siyasətinin "insan haqlarını kölgədə qoyması" fikri ilə razılaşmır.

"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI