15:46 - “Oğulsan, Jalə, oğul!” paylaşımı tənqid edildi
15:34 - “Azərbaycan region ölkələrini sülh və inkişafa dəvət edir” - Kamaləddin Qafarov
15:30 - Türkiyənin xüsusi nümayəndəsindən İrəvandakı partlayışla bağlı başsağlığı
13:38 - Hərbi qulluqçularımız İranda səfərdədirlər
13:19 - “Qarabağ”ın oyununa bilet satışında problem - Sayt çökdü
13:16 - Son sutkada neçə nəfər yoluxub?
13:15 - Şuşada ermənilərə məxsus kvadrakopter endirildi
13:04 - Deputat onun adından yayılan sitatla bağlı - Açıqlama verdi
11:05 - FHN: "Nəzarətsiz ərazidə batmış 1 nəfərin meyiti tapılıb"
09:51 - Generalın anası ziyarət olundu
19:10 - Türk Dünyası və Beynəlxalq iş Birliyi Sahibkarlarının Bakıda simpoziumu keçirilmişdir
18:59 - Bu hərbçilər ordudan uzaqlaşdırıldı - Rəsmi
14:31 - ATƏT-in Baş katibi Türkiyədədir
Böyük Mason Lojası Azərbaycanı Qarabağda qazanılmış qələbəyə görə təbrik etdi — FOTOLAR
Azərbaycan Milli Böyük Mason Lojası 44 günlük Vətən Müharibəsində Qələbə münasibəti ilə azərbaycanlıları təbrik edib.
"Vətənim-Azərbaycandır.az" bildirir ki, bu barədə Bəyanat Mason Lojasının rəsmi saytında yer alıb.
Təbrikdə deyilir:
“Hörmətli Qardaşlar,
Azərbaycan və Ermənistan arasında mövcud münaqişə ilə bağlı qələbə münasibəti ilə ürəkdən təbrik edirəm.
30 ilə yaxındır erməni hərbi qüvvələri tərəfindən işğal altında olan torpaqlarımızı geri almaq üçün haqlı mübarizə aparan və qələbə əldə edən azərbaycanlı qardaşlarımızı təbrik edirik.
Bununla belə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyri-şərtsiz çıxarılmasını tələb edən 822,853,874 və 884 saylı qətnamələri qəbul etdiyini vurğulamaq vacibdir.
Bu, Azərbaycan üçün işğal olunmuş bütün torpaqlarımızın azad edildiyi əsgərlərin və mülki şəxslərin həlak olmasını dayandıracaq bir sülh sazişinin imzalandığı tarixi bir andır.
Biz hamımız ədalətin bərqərar olacağına və Azərbaycanımızın və vətəndaşlarının sülh və əmin-amanlıq içində yaşayacağına sevinirik.
Yaşasın Azərbaycan!”
Bəyanatı Bəhman Motlağ və Ali Ustad, Azərbaycan Milli Böyük Lojasının rəhbəri Bağır Heyət imzalayıb.
Xatırladaq ki, dünən Bakıda Azərbaycan Milli Böyük Mason Lojasının illik məclisi keçirilib. “Hyatt Regency” otelində düzənlənmiş məclisdə Azərbaycan, Rusiya və Vaşinqton Böyük Masterləri iştirak edib.