Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İşğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı yenidənqurma işləri ilə yanaşı,yeni hərbi hissələr də yaradılır.

İşğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı yenidənqurma işləri ilə yanaşı,yeni hərbi hissələr də yaradılır.
3-07-2022, 09:09 231 dəfə baxılıb

İşğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı yenidənqurma işləri ilə yanaşı,yeni hərbi hissələr də yaradılır.


Şanlı tarix yazan Azərbaycan Ordusu işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızı yüksəklərə qaldırdığı üçün bu gün qürurludur.Tarixin bütün sərt sınaqlarından üzü ağ,şərəflə çıxan Azərbaycan xalqının yenilməzliyini,məğrurluğunu bir daha dünyaya nümayiş etdirən rəşadətli ordumuz illərdir ermənilərin yaratdığı mifləri darmadağın etdi.Azərbaycan Ordusunun hərb meydanında məğlub olacağı barədə əsassız fikirlər səsləndirib özləri barədə “məğlubedilməz” görüntü yaratmağa çalışan ermənilər diz çökdü, kapitulyasiya akına imza atdı.Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günündə Kəlbəcərdə və Laçında oldu, bir güllə belə atılmadan azad edilən bu torpaqlardan Ermənistana və ona havadarlıq etməkdə davam edən dövlətlərə mesajlarını çatdırdı.Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdəki nitqində Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, döyüş hazırlığından geniş bəhs edərək bildirdi ki, bu gün Silahlı Qüvvələrimizlə fəxr edə bilərik.Bu gün müzəffər xalq, qalib ölkə kimi Ordu Gününü qeyd edirik.Dövlətimizin başçısı İlham Əliyev işğal dövründə hərbçilərlə çoxsaylı görüşlərində,ölkəmizdə keçirilən hərbi paradlarda, Beynəlxalq Müdafiə sərgilərində daim bu əminliyi ifadə edirdi ki, gün gələcək biz öz doğma torpaqlarımızı qaytaracağıq.İşğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalanacaq.Ölkə Prezidenti bu məqamı da xüsusi qeyd edirdi ki,sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantı istisna edilmir.Belə də oldu.Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi.
İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək,ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.
Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı belə mühüm addımların fonunda tarixinin hər bir səhifəsinə hörmətlə yanaşdığını, qoruduğunu və təbliğinə səy göstərdiyini dünyaya nümayiş etdirir.Tarixinə sahib çıxan Azərbaycan xalqı,həmçinin göstərir ki,qurub-yaradan xalqdır. Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur.Təbii ki,görülən bütün işləri sadalamaq mümkün deyil.Onların miqyası günbəgün genişlənir.Otuz ilin işğalına 44 gündə son qoyan Azərbaycan il yarım ərzində həyata keçirdiyi bərpa-quruculuq işləri ilə bu torpaqların sahibi olduğunu bir daha təsdiqləyir.

Cavid Mustafayev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI