Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulması bölgədə türk birliyinin inkişafına böyük töhfələr verir.

Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulması bölgədə türk birliyinin inkişafına böyük töhfələr verir.
29-06-2022, 17:37 280 dəfə baxılıb

Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulması bölgədə türk birliyinin inkişafına böyük töhfələr verir.


Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycanla Özbəkistan arasında əlaqələrin inkişaf etməsinə, iki dost və qardaş ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə böyük imkanlar yaradır. Səfər zamanı ortaq tarixə, mədəni irsə, eyni etnik kökə, dinə sahib iki ölkə arasında imzalanan sənədlər, ölkə başçılarının səsləndirdiyi fikirlər, dostluq və qardaşlığımızın sarsılmazlığını bir daha təsdiqlədi. Özbəkistanla Azərbaycan arasındakı bu gün özünün yüksək inkişaf səviyyəsinə ucalmış dostluq əlaqələri xüsusilə Ulu Öndərimizin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə inkişaf etdirilib. Ümummilli lideri Heydər Əliyevin İki qardaş ölkə arasında əlaqələrin genişlənməsində əvəzsiz xidmətlərini qədirbilən özbək xalqı heç zaman unutmur. Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin yaradılması Ulu Öndərin xatirəsinə dərin ehtiramın, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətinin ifadəsidir. Özbəkistan Prezidenti Şavkat Miromonoviçin ulu öndər Heydər Əliyev barədə fikirləri həqiqətən də qardaş ölkədə Azərbaycan xalqının Ümummilli Liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir. Dövlətimizin başçısı Özbəkistanda Heydər Əliyevin xatirəsinin sevgi və hörmətlə yad edildiyini vurğulayaraq bildirib: "Mənim Özbəkistana səfərim çox əlamətdar hadisədən - Daşkəndin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan meydanın və gözəl parkın açılışından başlandı. Şavkat Miromonoviç, mən Sizə atamın xatirəsinə belə münasibətə görə Azərbaycan Prezidenti kimi, Heydər Əliyevin oğlu kimi öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Biz bunu çox yüksək dəyərləndiririk.

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az". xəbər informasiya portalının şimal zonası üzrə bölgə müxbiri.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI