Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Cənab Prezidentin qətiyyətli mövqeyi regiondakı yeni siyasi reallıqların təminatçısıdır.

Cənab Prezidentin qətiyyətli mövqeyi regiondakı yeni siyasi reallıqların təminatçısıdır.
21-06-2022, 21:28 257 dəfə baxılıb

Cənab Prezidentin qətiyyətli mövqeyi regiondakı yeni siyasi reallıqların təminatçısıdır. 

44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdir. 2020-ci il noyabrın 10-da Moskvada imzalan üçtərəfli Bəyanatda da Zəngəzur dəhlizi ilə bağlı məsələ öz əksini tapıb. Zəngəzur dəhlizinin açılması regionun inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycan üçün bu dəhlizi açılması İlk növbədə Naxçıvan muxtar vilayəti ilə kommunikasiyanın optimallaşmasına və Naxçıvan vasitəsilə birbaşa Türkiyəyə çıxış əldə etməyə xidmət edir. Türkiyə ilə Zəngəzur dəhlizi vasitəsilə daha qısa əlaqəyə sahib olmağımız Trans-Xəzər Nəqliyyat Dəhlizinin əhəmiyyətini də xeyli artıracaq. Zəngəzur dəhlizinin açılması Avropa və Çin arasında vaxt itkisi olmadan əlverişli ticarət əlaqələri qurmaqla yanaşı, eyni zamanda tranzit ölkələr üçün də əlavə gəlir mənbəyi funksiyasını daşıyır. Elə buna görədir ki, Azərbaycan bu dəhlizin açılması üçün post-müharibə dövründə əzmlə çalışır və qətiyyət nümayiş etdirir. Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları Ermənistanda ciddi təşviş yaradıb. Azərbaycan bir daha ən yüksək səviyyədə bəyan edib ki, Zəngəzur dəhlizi açılmalıdır. Cənab Prezident çıxışında diqqəti ona yönəltdi ki, Vətən müharibəsindən sonra keçən müddət ərzində Azərbaycan Ermənistanla normal qonşuluq münasibətlərinin əldə olunması üçün zəruri addımlar atır. Eyni zamanda Prezident qeyd etdi ki, Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Moskva bəyanatının bütün müddəalarına və xüsusilə kommunikasiyaların açılması ilə bağlı öhdəliklərinə əməl etməlidir. Onun sözlərinə əsasən, necə ola bilər ki, Azərbaycan Ermənistandan ölkəmizin erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışı təmin etsin, Ermənistan isə Zəngəzur dəhlizinin açılmasını, yəni Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsini bloklasın? Əlbəttə ki, bu yolverilməzdir və Azərbaycan bu vəziyyətin uzun müddət davam etməsinə dözə bilməz. Ermənilər bilməlidirlər ki, vaxt uzatmaq məqsədilə məsələlərin həllini gecikdirmək taktikası heç də yaxşı sonluqla nəticələnmir. Azərbaycanın bu məsələdə mövqeyi qəti və birmənalıdır. Zəngəzur dəhlizinin açılması gələcək regional sülhün əsas baza elementlərindən biridir. Cənab Prezident İlham Əliyev məxsusi olaraq bu məsələni vurğulamaqla alternativ variantın olmadığını bir daha qeyd etdi: “Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu vacib məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var. Birincisi, Ermənistan hökuməti müvafiq bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var". Dövlətimizin başçısının bu qətiyyətli mövqeyi qarşı tərəfə ciddi xəbərdarlıq idi. Ona görə də Ermənistan rəhbərliyinin və xalqının yeganə yolu ondan ibarətdir ki, regiondakı yeni siyasi reallıqlara və beynəlxalq hüquq normalarına uyğun mövqe ortaya qoymalı, süni siyasi gündəm formalaşdırmaq cəhdindən əl çəkməklidirlər .Əks təqdirdə Cənab Prezidentin dediyi kimi: “Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir”.

Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI