Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib.
21-06-2022, 09:15 319 dəfə baxılıb

Biz Ermənistan tərəfindən “Dağlıq Qarabağ”ın statusu ilə bağlı sözlər eşitməyə başlamışıq. Bu, tamamilə qeyri-məhsuldardır və Ermənistanın özü üçün təhlükəlidir.


Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib.

"Azərbaycan çoxmillətli ölkədir. Erməni əhali Azərbaycanda ən böyük milli azlıq deyil. Konstitusiyamız ölkədə yaşayan bütün etnoslar, o cümlədən ermənilər üçün bərabər hüquqlar yaradır", - Prezident deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati vahid mövcud deyil və Ermənistan tərəfinin bu məsələyə istənilən istinadı yeni qarşıdurmaya səbəb olacaq: "Biz Ermənistan tərəfindən "Dağlıq Qarabağ" in statusu ilə bağlı sözlər eşitməyə başlamışıq. Bu, tamamilə qeyri-məhsuldardır və Ermənistanın özü üçün təhlükəlidir. Çünki "Dağlıq Qarabağ" mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci ilin sonunda Azərbaycan parlamentinin qərarı ilə ləğv edilib və bizim ərazimizdə bu inzibati struktur yoxdur. Ona görə də dırnaqarası statusa İstənilən istinad yalnız yeni qarşıdurmalara səbəb olacaq. Ermənistan hökuməti bunu başa düşməlidir və tarixi yenidən yazmaq səylərindən əl çəkməlidir. Tarix artıq buradadır və bu, bir növ şifahi razılaşma idi ki, heç kim statusdan danışmayacaq. Təəssüf ki, bu baş verir və bu, çox ciddi nəticələrə səbəb ola bilər. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altında qoymağa davam etsə, Azərbaycanın başqa seçimi olmayacaq və Ermənistanın ərazi bütövlüyünü sual altında qoyacaq. Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə daha çox haqqımız var. Çünki son əsrin tarixi aydın şəkildə göstərir.

Seymur Qədəşov.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şabran rayon komitəsi

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az" xəbər portalının şimal zonası üzrə bölgə müxbiri.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI