Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

DÖYÜŞƏN SƏTİRLƏR...

DÖYÜŞƏN SƏTİRLƏR...
17-05-2022, 15:56 752 dəfə baxılıb

DÖYÜŞƏN SƏTİRLƏR...


....Zirvə yox Vətəndən uca!

.....Vahid Əziz

Mətbuatda 2022-ci il üzrə Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına "Ədəbiyyat" sahəsində təqdim edilmiş işlər sırasında Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəşr" tərəfindən Vahid Əzizin "Param-parça illər...” adlı şeirlər kitabının adını görəndə, Vahid Əziz sevənlərin sevincinə qoşularaq bu ədalətli qərarı ürəkdən alqışladım. Uzun illərdi ki, ilahi sevgilərə bürünmüş çoxlu sayda əsərləri ilə milli-mǝnəvi dəyərlərimizin əsl ünvanına və üstün nümunəsinə, ədəbiyyatımızın parlaq simalarından birinə milyonların sevimlisinə çevrilmiş bu şairi - Azərbaycan Respublikasının Xalq şairi Vahid Əzizi təkcə Aəzərbaycanda deyil, dünyanın bir çox ölkələrində sevə sevə oxuyurlar.
Uzun illər ümummilli lider Heydər Əliyevin birbaşa rəhbərliyi altında çalışan Vahid Əziz, onun bənzərsiz həyat mövqeyi və işıqlı ideyaları ilə çoxlarına nisbətən daha yaxından tanış olmaqla böyük bir həyat məktəbi keçdi. Bütün həyatı boyu bu nemətləri müqəddəs bilən şair, onları özünün əqidə və inam məktəbinə çevirdi. Vətənin ağır günləri başlandığı ilk andan Ulu öndərin ideyalarına sadiq qaldığını və ayıq-sayıq bir əsgərə çevrildiyini bəyan etdi. Vətən uğrunda döyüşə atılması üçün Silahlı Qüvvələrin Ali Baş Komandanının Böyük Fərmanının oxunmasının yetərli olduğunu bildirdi. Bununla bağlı o, "Cocuq Mərcanlının mübarək yolu" adlı şeirində yazır: Yetər ki, o Böyük Fərman oxunsun, Düşmən nişangahda, biz ayıq-sayıq,Ali Baş Komandan arxayın olsun,
Hamımız Öndərin övladlarıyıq...

Zamanında müxtəlif məsul dövlət və ictimai xarakterli vəzifələrdə çalışan, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tərcüməçilik fəaliyyəti ilə məşğul olan Vahid Əzizi digər şairlərdən fəqləndirən, diqqəti cəlb edən bir cəhəti, həyat fələsəfəsinin güclü, poetik dilinin isə daha milli və aydın olmasıdır. Onun keçdiyi mənalı həyat yolu və dərin həyat təcrübəsinin, dünyagörüşünün nəticəsi olan fəlsəfi-poetik fikirlərinin aydınlığı, yaratdığı əsərlərin bətnində bir inci kimi uzaqdan parlaqlığı diqqəti cəlb edir, ilk fikirdən zövqü oxşayır, insan qəlbini ovsunlayır. Çoxşaxəli yaradıcılığının hər bir səmtində milli ruhun bütün zənginliklərinə bürünən Vahid Əziz o taylı, bu taylı Böyük Azərbaycan poeziyasında, Turan dünyasında adına yaraşan işıqlı bir ünvana çevrilmişdir.

Vahid Əzizin "Param-parça illər..." adlı kitabında toplanan şeirlər onun Qarabağ hadisələri ilə bağlı əsərlərinin müəyyən bir hissəsidir. Şair Birinci Qarabağ hadisələrinin başlandığı ilk dövrlərdə ölkə rəhbərliyinin zəifliyini, düşmənin isə beynəlxalq səviyyədə böyük dəstək almasını və xalqımızın təkləndiyini yaxşı görürdü. Xocalı hadisələri milyonlarla azərbaycanlı kimi Vahid Əzizi də sarsıtdı, müharibənin doğurduğu reallıqlar düşüncələrinə təsirsiz keçmədi. Bununla bağlı "Niyə gəlmirsiniz Bakıya, qızlar" adlı şeirində belə vurğulayır: Xocalı od tutub yanan gecədən, Ömür təqvimimi çevirmirəm mən. Geniş dünyagörüşünə malik olan Vahid Əziz gözəl bilirdi ki, müharibəni təkcə ordu aparmır, burda xalq və dövlət birliyi daha önəmlidir, hər kəs öz vəzifəsini dəqiq bilməlidir. Döyüşən orduda milli ruhun duru və diri olması çox önəmlidir. Zamanında yazılmış şeir döyüşən orduya verilən yeni növ silaha bənzəyir, güvən və ümidə çevrilir, düşmən üstünə hücuma keçən əsgəri igidliyə və qəhrəmanlığa səsləməklə yanaşı, ona qol-qanad olur. Bütün bu müqəddəs vəzifələri bilən, dərk edən Vahid Əziz, müharibənin ilk günündən qələmini götürərək ön cəbhədə döyüşən əsgərlə bir cərgədə özünə mövqe seçməyi bacardı. Yazdığı şeirlər elə ilk gündən əsl vətənpərvər azərbaycanlı kimi hərbiyə, döyüşə yollanırdı.

Bəzi dövlətlərin, eləcə də Beynəlxalq təşkilatların bizə göstərdiyi "can yananlığın" çoxüzlü siyasətin bir üzü olduğunu dəqiqliklə bilirdi, onlardan bizə bir xeyir olmayacağını uzaqgörənliklə görürdü. Bu çətin anda
xalqımızı birliyə, dövlətimizə qələbəyə səsləyirdi. Bu fikirlərini "Siz deyin, a köhnə dünya görənlər..." adlı şeirində daha geniş və tam mənada işıqlandırmışdır. Dördəlli tutmuşuq ətəklərindən:

"ATƏT, sənə qurban, Minsk, qadan alım...",
Tapım Koroğlunu hansı qəbirdən,
Doğranmış Babəki nə cür qaytarım?! Zamanın axarında Fransa kimi dövlətlərin bizlərə qərəzli münasibətinin tarixinin qədim və dəyişməz olduğunu söyləyən şair xalqımızı bir daha onların yalançı vədlərinə inanmamağa çağırırdı: "Soyqırım" adlanan o uydurmanı Birinci tanıyan Paris olmadı?!

Eləcə də, Vahid Əziz "Təbriz yanğısı var Vətən canında... " adlı şeirində bütün böyük bəlalarımızın səbəbini bir birimizdən ayrı düşməyimizdə, zaman-zaman xanlıqlara, bəyliklərə bölünməyimizdə görürdü. Eyni zamanda müqəddəs arzuya çevrilən bu birliyin yaxın zamanlarda baş tutacağına birmənalı inandığını, Şuşanın da, İrəvanın da xilas yolunun Böyük Azərbaycandan - Təbrizdən keçdiyini hamıya göstərir:

Təbriz yanğısı var Vətən canında,
Qanlı sellər axıb hər üsyanında, Yolu Şuşanın da, İrəvanın da
Harda ayrılsa da - Təbrizdən keçir...
Erməni qəsbkarlarının xalqımıza etdikləri silsilə zülmlər hamı kimi şairi də hiddətləndirir. 1997-ci ildə yazdığı "Çağırış" adlı şeirində ər igidlər kimi qarı düşməndən qisas alınacağına and içir. Namərdik Şuşada toy çaldırmasaq, Koroğlu səsiylə haray salmasaq, Qansızıq, doyunca qan uddurmasaq İndi anamızı ağladanlara!

Ermənilərin Şuşada, bizə acıq verərcəsinə yallı getməsi xalqımıza qarşı dözülməz,hər kəsin qəlbini yarasına duz səpən bir təhqir idi. Qəhrəman Azərbaycan ordusu bu heyfi düşməndə qoymadı. Cəmi 44 gün ərzində düşmənə qan da undurduq, toy da çaldırdıq. Çox qəribədir ki, bu Vahid Əzizin uzaqgörənliklə öncədən söylədiyi kimi oldu, Koroğlu
səsiylə dünyaya haray saldıq. Bəli, bu "Qələbə Toyu" idi, rəqs edən isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin qalib Ali Baş Komandanı, düşmənə qan udduran, xalqının sevimlisi, igid-ər oğlu cənab İlham Əliyev idi. O igid harayın səsi düşmənlərimizin və onların havadarlarının bağrını elə qan etdi ki, heç vaxt qulaqlarındanda getməyəcək. O tarixi səhnə hər bir azərbaycanlının qan yaddaşında qisas toyu kimi qalmaqla, milli ruha çevrilərək yeniləşən Azərbaycanımızın yeni-yeni uğurlarının ilham mənbəyinə çevirildi. 44 günlük müharibə dövründə hamılıqla ən çox söylədiyimiz nidalardan biri də "Qarabağ Azərbaycandır!" kəlməsi idi. Vahid Əziz bu müqəddəs hissləri "Azərbaycandı Qarabağ" şeirində müharibənin başlamasından bir ay öncə yazmışdır: Dünya - dünya olan gündən Varlığımız Ana Vətən, Biri - ürək, biri - bədən; Hər ikisi Ulu torpaq -

Azərbaycandı Qarabağ! Ali Baş Komandanın apardığı uğurlu daxili və xarici siyasət hər bir azərbaycanlının qəlbində dövlətinə güvən və onun ordusuna bir əminlik yaratdı. Müharibə başlayan gündən hamı kimi Vahid Əziz də ordumuzun qələbəsinə əminliyini

"Gəldi..." adlı şeirində belə bildirir: Bu gün qarı nənəmin

Rahat yuxusu gəldi, Axır ki, Qarabağdan Barıt qoxusu gəldi. İrəli!" - əmr elədi,

Ali Baş Komandanım, Hər şeyin məqamını Bilirmiş Komandanım!

Ali Baş Komandanın 44 günlük müharibə dövründə ardıcıl olaraq verdiyi qələbə müjdələrindən ilhamlanan Vahid Əziz qələbə qabağı döyüş səhnəsini "Yalnız irəliyə, yalnız irəli..." adlı şeirində gözlər önünə gətirərək, ordumuzu yalnız irəliyə səsləyir:

Daha görünməkdə Bayrağın yeri,
Yanında Xilaskar əsgər heykəli, Bircə addım olmaz çəkilmək geri,

Yalnız irəliyə, yalnız irəli!

Göylərdə ulduzdur Şəhidə dönən, Vətənə nur yayıb şam kimi sönən,

Əsgər, qurban olum, gümanımız sən -

Yalnız irəliyə, yalnız irəli...

Hətta "Savaş bitib..." adlı şeirində Ermənistan dövlətinin kapitulyasiya aktının şərtlərini də qabaqcadan bildirir: Düşmən başını əyəndə, Gic təpəsinə döyəndə,

Bizdən imdad diləyərək

İlan kimi mələyəndə

Deyəcəyik - "Savaş bitib!" Kapitulyasiya aktının imzalandığı anı bir daha xatırlayaq. Həqiqətən də Ali Baş Komandan müzəffər ordumuzla xalqımızın istək və arzularını şanlı tarixə çevirərək qalib ölkə kimi dünya hərb tarixinə öz imzasını atdı. Bu aktin Paşinyan tərəfindən hələ də harda imzalanması sirr və gülüş hədəfi olaraq qalmaqdadır. Qazandığımız qələbə hamıda daha böyük istəklərimizə bir ümid çırağı yandırdı. Çoxları kimi Vahid Əzizin bir arzusu da qədim ata-baba torpaqlarımıza – Qərbi Azərbaycana, İrəvan xanlığına qayıtmaq arzusudur: Öz Qarabağ atlarını, Çapar İrəvana qədər.

İnşallah igid ordumuz, Çatar İrəvana qədər,

Təkcə bu kitabdakı deyil, digər əsərlərində də Vahid Əzizin Qarabağa olan sevgisi müqayisə olunmaz və tükənməzdir. İkinci Qarabağ müharibəsinin bizim üçün sınaq və qəhrəmanlıq dərsi olduğunu bir daha xatırladan şair, bu sınaqdan üzü ağ çıxdığımızı qürurla vurğulayır, hətta onun müqəddəs arzularından biri də Qarabağ torpağında ölmək olduğunu "Qarabağda..." adlı şeirində belə qələmə alır: Bitdi intizarlar, həyəcan, təlaş, Kimin-kimliyini göstərdi savaş. Ömr et, Vahid Əziz, dünyanı dolaş,
Zamanın bitǝndə öl Qarabağda... Qarabağ müharibəsində həlak olan şəhidlərimizin, axıra qədər döyüşən qazilərimizin taleyinə kövrək bir şair qəlbi ilə yanmaqla yanaşı, həm də bir şair-filosof kimi onlara daha yüksək dəyər və qiymət verərək uca tutur. "Vətən sağ olsun. .." adlı şeirində onların hər birinin Vətən Bayrağına, dövlətimizin və xalqımızın şərəf və zəfər ünvanına çevrildiyini bildirir:

Belə bitdi çox həyatın növrağı, Belə söndü çox ömürlər çırağı, Mafasının üstə Vətən bayrağı

Qəhrəmanlar gəldi: Vətən sağ olsun...

Əldə olunan qələbəmizdə Ali Baş Komandanın danılmaz haqqını xüsusiylə vurğulayan şair, işıqlı sabahımızın, xoşbəxt gələcəyimizin də onunla bağlı olduğunu bildirir. Eyni zamanda əgər "qarı düşmən" bir daha baş qaldırsa yenidən "Dəmir Yumruğ" u görəcəyini də xatırladır: Tanrı özü rəva bilib, haqq görüb - İlhamı da, Qılıncı da göndərib.

Əgər görsək düşmən yenə cücərib,

Polad Qılınc qalxır Yumruq yerinə... Qarabağda qazandiğımız qələbə şairin illərdir ki, dünyaya hayqıraraq car çəkdiyi Türk sevdasını daha da qanadlandırdı. Qarabağ müharibəsində Azərbaycan xalqının əlini doğma qardaş kimi möhkəm tutan Türkiyə dövlətinə və onun prezidenti cənab Rəcəb Tayyib Ərdoğana olan sonsuz sevgi və inamını da gizlətmir. Onun İlham Əliyevlə Zəngilan torpağında əkdikləri çinarın boy atacağına, qardaşlığın daha böyük arzularına, Turan sevdasına çevriləyəcəyinə inanan şair, "İlham-Ərdoğan çinarı..." adlı şeirində yazır: Böyüyüb əl-qol atacaq, Uca göylərə çatacaq, Xatirələr yaşadacaq,

Zəfərdir meyvəsi, bari, İlham Ərdoğan çinari.

Yol gedəcək qışdan-yaza, Dözəcək şaxta-ayaza,
Kölgəsi düşər Araza, Qovuşdurar gur çayları,

İlham Ərdoğan çinari. Qarabağda əldə olunan qələbədə döyüşən ordumuzun hər bir əsgərinin və zabitinin danılmaz haqqı vardır. Bizim bir xalq olaraq ordumuza, onun hər bir əsgərindən tutmuş Ali Baş Komandana sonsuz məhəbbətimiz və sevgimiz vardır. Qələbǝ xəbəri yayılan gün Vətən tariximizin ən yadda qalan parlaq səhifəsi olu. Bu xəbəri eşidən hər kəs özünəməxsus toy-büsat qurdu, sevindi və sevincini dünyaya hayqırdı.

Vahid Əziz özünəməxsus sevgisi ilə qələmə aldığı "Cəmisi

44-günə" adlı şeirində Azərbaycan bayrağının ən uca

zirvələrdə dalğalanmasını, düşmənin "iynəsinin"

vurulmasını, sevinc və fərəh hisslərini belə bölüşür:

Qəlbində haqqa güman,

Qəhrəman xalqa inam,

Kişi sözünün üstünə

Mərd Ali Baş Komandan;

Gəldi Şuşadan mərcan

Qalanan ocaqların İstisi 44-günə.

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının Xalq şairi Vahid Əzizin yaratdığı hər bir əsər cəmiyyətimizdə geniş sosial-ictimai rezonansa səbəb olur. Onun hər bir əsərinin üzə çıxması toy-bayrama çevrilir, hər kəsi hərəkətə gətirir, təlatüm yaradır, könüllərdə yeni bir ümid işığı yandıraraq insanlığı daha nurlu sabahlara səsləyir. Azərbaycan ədəbiyyatı və poeziyası, xalqın milli ruhu daha da zənginləşir və yeniləşir.

Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəşr" tərəfindən "Ədəbiyyat" sahəsində Dövlət Mükafatları Komissiyasına təqdim edilmiş Vahid Əzizin "Param-parça illər..." adlı şeirlər kitabının bu sınaqdandan da üzü ağ çıxacağına onun çoxsaylı oxucularından biri kimi tam əminəm...

Pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov

"Vətənim-Azərbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI