Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

IX Qlobal Bakı Forum vasitəsi ilə Azərbaycan sözünü bütün dünyaya açıq şəkildə bəyan etdi.

IX Qlobal Bakı Forum vasitəsi ilə Azərbaycan sözünü bütün dünyaya açıq şəkildə bəyan etdi.
21-06-2022, 02:01 206 dəfə baxılıb

IX Qlobal Bakı Forum vasitəsi ilə Azərbaycan sözünü bütün dünyaya açıq şəkildə bəyan etdi.

Bu gün hər birimiz azərbaycanlı olaraq çox xoşbəxt xalqıq cünki bizlər, tarixi qələbənin şahidi olduq. Ölkəmiz qalib ölkə kimi günü-gündən inkişaf edir. Bu gün biz əminliklə deyə bilərik ki, Prezident cənab İlham Əliyev siyasi, sosial- iqtisadi sahələrdə böyük uğurlara imza atmaqla ulu öndərin siyasi varisi, onun güclü dövlətçilik, Azərbaycançılıq ideologiyasının layiqli davamçısıdır. Cənab Prezidentimiz 16 iyun tarixində keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Formunda çıxış etmişdir. Həmin çıxışda cənab Prezidentimiz Qarabağ və Ermənistanla münasibətlər fonunda müəyyən məqamlara aydınlıq gətirdi. Cənab Prezidentimiz çıxışında öz mesajları ilə lazımı məsələləri bütün dünyaya çatdırdı. Bu Forum vasitəsi ilə Azərbaycan sözünü bütün dünyaya açıq aydın şəkildə bəyan etdi. Eyni zamanda, ölkəmizdə belə mötəbər Forumun keçirilməsi hər şeydən əvvəl dövlətimizin beynəlxalq aləmdəki nufuzunu göstərir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə nəticəsində torpaqlarımız işğaldan azad olundu, bir sıra problemlərimizin həlli üçün addım atıldı. Onlardan biridə Zəngəzur dəhlizidir. Prezidentimizin Forumda həm Azərbaycan – Ermənistan münasibətlərinin bu günü və gələcəyi, həm də Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı konkred fikirlər səsləndirdi.Cənab Prezidentimiz açıq şəkildə bəyan etdi ki, Ermənistan Qarabağ erməniləri üçün status tələbi irəli sürsələr Azərbaycanlılar niyə Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Bəli bu gün deyə bilər ki, Zəngəzur dəhlizinin açılması siyasi- iqtisadi cəhətdən mühüm hadisə olacaq və region üçün çox önəmlidir. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması tarixi ədalətin bərpasdır. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin hüquqi rejimi ilə bağlı da konkred olaraq mövqe ortaya qoydu. Forumda digər bir məqam isə Laçın dəhlizini ilk dəfə Laçın yolu adlandırması da verdiyi mesaj fonunda diqqət çəkir. Prezidentimiz haqqlı olaraq qeyd etdi ki, Azərbaycan Qarabağ münaqişəsini həll edib və artıq Minks qrupuna ehdiyac qalmayıb.Bizlər bir daha bu çıxışla şahid olduq ki, dövlət başçımızın siyasi iradəsi, öz xalqına sədaqəti və düşmənə qarşı yenilməzliyi Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi. Və Prezident cənab İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimidir.

Mehdi Balabəyov.
Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI