Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə "Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumu çox uğurla baş tutdu. Və demək olar ki bütün dünyanın diqqət yenidən bu foruma yönəldi.
Forumun siyasi aktuallığı hər kəsə məlumdur. Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib.
Təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir.
Artıq hər kəsə məlum olduğu kimi forumda bir çox vacib əhəmiyyət kəsb edən məsələlərlə bağlı müzakirələr aparıldı və həlli yolları araşdırıldı.
Ölkəmiz 44 günlük Vətən savaşında qalib gəldi, zəfər əldə etdi. Müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh ölkəsiyik. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır, amalımız və məqsədimiz budur.
Otuzillik işğalın ağır nəticələri artıq hər kəsdə bir ikrah hissi yaratmışdı. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanındı və bir bununla bir daha sübut etdik ki Azərbaycan öz torpağlarının bərpası, hagg ədalətin yerini alması ücün mücadilə aparır. . Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü, günahsız mülkü əhalinin başına acılan dəhşətlər hec vaxt yaddaşlardan silinməyəcək.
Bəli artıq vaxtdır, sülh vaxtı, əminamanlıq dövrüdür.
İnkişaf naminə sülh, yaxşı rifah naminə sülh, əməkdaşlıq naminə sülh, iqtisadi inkişaf naminə sülh, etibarlı tərəfdaşlıq naminə sülh, dayanıqlı inkişafı naminə sülh,
güçlü Azərbaycan naminə sülh.
Atılan addımlar qarşılıqlı olmalıdır. Gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi iddialarından çəkinməliyik. Azərbaycan artıq sərhədin delimitasiyası ilə bağlı komissiya yaradıb. Ölkəmiz eyni addımı Ermənistandan da gözləyir. Bəli artıq düşmən mövqeyində duran tərəf də bilməlidir ki, daha rəzil görkəmdə cahan dövlətlərinin gözündə cılızlaşmamaq üçün sülhə addım atmalı və bizim qərarlarımıza qarşı çıxmamalıdır.
Bütün dünyaya deviz olan şülh bizim Reqionun da prioritet amalı olacaqdır!
Nəhayət Şirinova.
"Vətənim-Azərbaycandır.az" xəbərlər informasiya portalının redaktoru.
ADPU Quba filialının əməkdaşı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
İctimaiyyətçi, yazar.