Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

AZƏRBAYCAN İLƏ TÜRKİYƏNİN QARDAŞLIĞINI BÜTÜN DÜNYAYA BİLDİRƏN - ŞUŞA BƏYANNAMƏSİ

AZƏRBAYCAN İLƏ TÜRKİYƏNİN QARDAŞLIĞINI BÜTÜN DÜNYAYA BİLDİRƏN - ŞUŞA BƏYANNAMƏSİ
16-06-2022, 09:51 291 dəfə baxılıb

AZƏRBAYCAN İLƏ TÜRKİYƏNİN QARDAŞLIĞINI BÜTÜN DÜNYAYA BİLDİRƏN - ŞUŞA BƏYANNAMƏSİ


15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsindən artıq 1 il ötür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında Şuşa şəhərində bağlanan həmin Bəyannamənin çox mühüm tarixi əhəmiyyəti vardır. İki qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlər - 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsi, 9 fevral 1994-cü il "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə", "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol", 16 avqust 2010-cu il tarixli "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" rəhbər tutularaq 15 iyun 2021-ci il tarixində Şuşa Bəyannaməsi imzalanmışdır. İki ölkə arasında imzalanan Bəyannamədə qeyd olunur: "Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır".
Bəyannamənin qəbulu Ermənistandakı revanşist qüvvələrə və bəzi dövlətlərə mühüm bir mesajdır. Bəyannamə imzalanan andan etibarən əgər Azərbaycanın ərazi bütövlüyü pozularsa, dövlət sərhədlərinə təhdid kimi hallar baş verərsə Türkiyə öz ordusu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

İki müttəfiq ölkə arasında imzalanan müqavilədə xüsusilə tarixi türk torpağı olan Zəngəzurun adının hallanması gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər yer alır. Zəngəzur dəhlizinin açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki qardaş ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə əhəmiyyətli dərəcədə kömək edəcəkdir. Şuşa Bəyannaməsində digər bir məqam Azərbaycan və Türkiyə bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə, malların sərbəst hərəkətinin təşkilinə nail olmasıdır.

Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında razılaşma əldə edilmiş və artıq hər iki ölkənin vətəndaşları şəxsiyyət vəsiqələri ilə qardaş ölkələrə səyahət edirlər. Bu da o deməkdir ki, Şuşa Bəyannaməsi ilə iki ölkə arasında turizm, ticarət əlaqələrində yeni səhifənin açılmasına şahidlik edəcəyik. Bu həm də iki müttəfiq dövlət arasında sərhədlərin formal xüsusiyyət daşıdığının göstəricisidir.

Beləliklə, Azərbaycan və Türkiyə bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Həmin Bəyannamə hər iki müttəfiq dövlətin arasında bütün sahələrdə inteqrasiyanın nümunəsi, o cümlədən region üçün yeni tarixi gerçəklik deməkdir. 44 günlük müharibənin bizim qalibiyyətimizlə nəticələnməsi və
vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri
haqqında razılaşma əldə edilmiş və artıq hər iki ölkənin
vətəndaşları şəxsiyyət vəsiqələri ilə qardaş ölkələrə səyahət
edirlər. Bu da o deməkdir ki,Şuşa Bəyannaməsi ilə iki ölkə
arasında turizm, ticarət əlaqələrində yeni səhifənin
açılmasına şahidlik edəcəyik.Bu həm də iki müttəfiq dövlət
arasında sərhədlərin formal xüsusiyyət daşıdığının
göstəricisidir.
Beləliklə, Azərbaycan və Türkiyə bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Həmin Bəyannamə hər iki müttəfiq dövlətin arasında bütün sahələrdə inteqrasiyanın nümunəsi, o cümlədən region üçün yeni tarixi gerçəklik deməkdir. 44 günlük müharibənin bizim qalibiyyətimizlə nəticələnməsi və Zəngəzur vasitəsilə yeni nəqliyyat dəhlizinin açılması Ermənistan Respublikasının bu vaxta qədər davam edən geosiyasi çəkisinə mühüm zərbədir.

Nigar İmaməliyeva AMEA Folklor İnstitutu YAP Yasamal rayonu ərazi partiya təşkilatının sədr müavini.
"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI