Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Müstəqilliyimizin memarı-Ulu Öndər Heydər Əliyev!

Müstəqilliyimizin memarı-Ulu Öndər Heydər Əliyev!
10-06-2022, 14:21 278 dəfə baxılıb

Müstəqilliyimizin memarı-Ulu Öndər Heydər Əliyev! Müstəqillik və azadlıq bütün xalqlar və millətlər üçün ən müqəddəs nemətdir. Tarix boyu Azərbaycan xalqı olaraq azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmiş, bu yolda mübarizə apararaq minlərlə şəhid vermişik. Bizlər bu gün dərindən anlayırıq ki, azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha da ağırdır.


Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüdür. Milli Qurtuluş günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün kimi xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Bu günün mahiyyətini dərindən anlayan və qiymətləndirən hər bir vətəndaşımız üçün Qurtuluş Günü çox əzizdir. Bu önəmli tarixi bizlərə bəxş edən isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Ümummilli Lider Heydər Əliyevdir.

Taleh ötən XX əsrdə Azərbaycan xalqına iki dəfə müstəqilliyə qovuşmaq imkanı nəsib etmişdir. XX əsrin sonlarında sovet imperiyasının dağılması ərəfəsində yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan xalqı 1991-ci ilin 18 oktyabrında öz dövlət müstəqilliyini bərpa etmiş oldu. Lakin xalqımız üçün müstəqilliyin ilk illəri olduqca ağır və keşməkeşli keçmişdir. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi nəticəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Bir tərəfdə Surət Hüseynovun qiyamı, digər tərəfdə Əlikram Hümbətovun Talış-Muğan respublikası yaratmaq iddiası, ölkənin şimalında Sadvalçıların separatçılıq meylləri, həmçinin mənfur düşmənimizin torpaqlarımıza təcavüzü və işğalı, hakimiyyət başındakıların səriştəsizliyi və özbaşnalığı
ölkəni uçuruma aparırdı. Şəhidlərimizin qanı hesabına qazandığımız müstəqilliyimiz itirilmək təhlükəsi qarşısında qalmışdı. Belə bir vaxtda cəmiyyət Ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Milli dövlətçiliyimizin itirilmək təhlükəsi qarşısında qaldığı və ölkənin ağır günlərini yaşadığı bir zamanda xalqımız 1993-cü ilin iyun ayında mövcud hakimiyyətin dəyişməsini təkidlə tələb etmiş və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etmişdir. Xalqının belə bir dar gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtmışdır. Xalqın təkidli tələbindən sonra 1993-cü ilin 9 iyununda Heydər Əliyev Bakıya gəlmiş və dövləti mövcud bəladan xilas etmək yolunda bir sıra görüşlər və məsləhətləşmələr aparmışdır. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılamış və iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçilmişdir ki, həmin gün isə Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə əbədi olaraq yazılmışdır. Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıdışından dərhal sonra vaxt itirmədən ağır vəziyyətdə olan respublikanın qarşısında duran problemləri həll etməyə başladı. Gəncədəki hadisələr dinc yolla nizamlanma axarına düşdü. Əlikram Hümbətovun elan etdiyi "Talış Muğan Respublikası" Heydər Əliyevin xalqa müraciəti və bölgə zəhmətkeşlərinin təzyiqi ilə ləğv olundu. "Sadval" çıların separatçı hərəkətlərinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və siyasi qruplara xidmət edən silahlı birləşmələr məhv edilməyə başlandı. Cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Ölkədə əmin-amanlıq siyasi sabitlik yarandı. Məhz intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Məhz bu gün əminliklə deyə bilərik ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi,
ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Ölkədə əmin-amanlıq siyasi sabitlik yarandı. Məhz intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Məhz bu gün əminliklə deyə bilərik ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

 Samir Baxşiyev - YAP Siyəzən rayon təşkilatının sədri.
"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI