Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik.

Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik.
16-05-2022, 22:20 240 dəfə baxılıb

Azad edilmiş hər rayonda kəndlərin bərpası ilə bağlı işlərə start verilib.


Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar.

Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağali kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf.

Prezident İlham Əliyev bu sözləri mayın 4-də Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyevi videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı diqqətə çatdırib ki, işğaldan azad edilmiş ərazilərdə tarixi-dini abidələrin bərpasına da başlanılıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi də faktiki olaraq yenidən qurulur: "Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur...".

Prezident vurğulayıb ki, qarşıda duran başlıca vəzifə keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması ilə bağlıdır. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Keçən il və bu il by məqsədlər üçün hər il üzrə 2,2 milyard manat olmaqla 4,4 milyard vəsait ayrılıb. Bu il iqtisadi inkişafımız, gəlirlərimiz də artıb. Ona görǝ azad edilmiş torpaqların bərpası üçün əlavə vəsait ayırmalıyıq. Hökumətə bu məsələ ilə bağlı göstəriş verilib.

"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI