Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İsa Qəmbərə 180 manat pensiya təyin edilib?

İsa Qəmbərə 180 manat pensiya təyin edilib?
12-05-2022, 15:38 209 dəfə baxılıb

Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərə təyin olunan pensiyanın məbləği sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.


Vətənim-Azərbaycandır.az” xəbər verir ki, “Müsavat” partiyasının sədr müavini Fərəc Kərimli sosial şəbəkədə qeyd edib ki, İsa Qəmbərə 180 AZN məbləğində pensiya təyin edilib.

Partiyanın sədr müavini qeyd edib ki, Azərbaycan Ali Sovetinin Milli Şurasının deputatı və sədri olmuş, həmçinin prezident səlahiyyətlərini (17 may 1992–16 iyun 1992) icra etmiş İsa Qəmbərə yalnız yaşa görə pensiya təyin edilib.

Fərəc Kərimli Müsavat partiyasının sabiq başqanına təyin olunan pensiyanın məbləğinin qanunsuz olduğunu iddia edib: “Eyni işlərdə çalışmış şəxslərin pensiyası ilə müqayisədə dəfələrlə fərq var”.

O, həmçinin İsa Qəmbəri Avropa Şurası məkanında ən az pensiya təyin edilmiş ən yüksək vəzifəli şəxs kimi qiymətləndirib.

İqtisadçı-jurnalist Dünya Sakit isə Müsavat partiyasının sabiq başqanının yalnız yaşa görə pensiya təyin edilməsini “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunla əlaqələndirib. O vurğulayıb ki, qanunda nəzərdə tutulan pensiya təminatı Milli Məclisin ilk üzvlərinə şamil edilməyib.  

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Fonddan bildirildi ki, məsələ ilə əlaqədar ictimaiyyətə məlumat veriləcək.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI