Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanda Orduda alternativ xidmətlə bağlı qanun qəbul edilə bilər

Azərbaycanda Orduda alternativ xidmətlə bağlı qanun qəbul edilə bilər
5-05-2022, 14:19 213 dəfə baxılıb

Torpaqlarımız işğaldan azad olunduğu, ərazi bütövlüyümüz təmin olunduğu üçün biz artıq alternativ xidmətlə bağlı qanun layihəsi qəbul etməliyik".


"Vətənim Azərbaycandır.az" xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov bildirib. 

O, qeyd edib ki, bəzi insanların sağlamlığı imkan versə də, baxışları onun silah götürməsinə icazə vermir: “Bunu Alternativ hərbi xidmətlə qarışdırmaq olmaz. Hərdən bunu qarışdırırlar. Alternativ hərbi xidmət müqavilə əsasında hərbi xidmətdir. Alternativ çağırış əsasında həmin şəxs döyüş bölgələrində deyil, təsərrüfat, sanitar və digər hissələrdə qulluq keçir. Həmin şəxs daha artıq müddətdə xidmətdə olur".

Siyavuş Novruzov həmçinin bildirib ki, 44 günlük Vətən müharibəsi göstərdi ki, hərbi çağırışla ordu sıralarına cəlb olunanlarla müqavilə ilə işə cəlb olunanlar arasında fərq var: Ali Baş Komandanımız tərəfindən orduya yeni, müasir texnikalar cəlb edilir ki, onları işlətmək üçün adi çağırışçı yox, mütəxəsis lazımdır".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI