Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ərdoğan Niderlandın Baş naziri ilə Rusiya-Ukrayna böhranını müzakirə etdi

Ərdoğan Niderlandın Baş naziri ilə Rusiya-Ukrayna böhranını müzakirə etdi
23-04-2022, 10:22 153 dəfə baxılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Niderlandın Baş naziri Mark Rutte arasında telefon danışığı olub.

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı regional məsələlər, xüsusilə Ukrayna-Rusiya böhranı, eləcə də, Türkiyə-Niderland münasibətləri müzakirə edilib.
Prezident Ərdoğan Ukraynada gərginliyin aradan qaldırılması istiqamətində göstərilən səylərdə İstanbul danışıqlarının ən etibarlı və qısa çıxış yolu xüsusiyyətini hələ də qoruduğunu vurğulayıb.
Başda humanitar dəhlizlərlə bağlı həm Rusiya, həm də Ukrayna səlahiyyətliləri ilə danışıqlarını davam etdirdiklərini bildirən Prezident Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında qarşıdurmanın dayandırılması və bu böhranın qlobal təsirlərinin azaldılması üçün atılacaq addımlarla bağlı səyləri davam etdirməyin faydalı olduğunu vurğulayıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI