Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Elnur Məmmədov pakistanlı nazirlə görüşdü - Foto

Elnur Məmmədov pakistanlı nazirlə görüşdü - Foto
22-03-2022, 07:38 109 dəfə baxılıb

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistanın müdafiə istehsalı naziri, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyanın həmsədri xanım Zubeyda Cəlal ilə görüşüb.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Qeyd olunur ki, görüş nazir müavinin İslamabadda keçiriləcək İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında iştirak etmək üçün Pakistana səfəri çərçivəsində baş tutub.
 Elnur Məmmədov bu ilin iyun ayında Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağını və bu münasibətlə silsilə tədbirlərin keçiriləcəyini bildirib.
Azərbaycan - Pakistan arasındakı yüksək səviyyəli münasibətlərdən söz açan xanım Zubeyda Cəlal bütün sahələr üzrə əlaqələrimizin bundan sonra da genişləndiriləcəyini əminliklə bildirib.
Eyni gündə Elnur Məmmədov İndoneziya xarici işlər nazirinin müavini Abdul Kadir Jailani ilə də görüşüb.
Görüş zamanı Elnur Məmmədov Azərbaycan - İndoneziya münasibətlərindən söz açıb və 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə İndoneziya Hökumətinə təşəkkürünü ifadə edib.
İndoneziya xarici işlər nazirinin müavini Abdul Kadir Jailani iki ölkə arasındakı münasibətlərə toxunub və ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini də vurğulayan nazir müavini bu münasibətlə Azərbaycan Hökumətini təbrik edib.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI