Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ermənistan-Azərbaycan dəmir yolunda araşdırmalara başlanılacaq

Ermənistan-Azərbaycan dəmir yolunda araşdırmalara başlanılacaq
14-02-2022, 20:37 313 dəfə baxılıb

“Təxminən on gündən sonra Ermənistan-Azərbaycan dəmir yolunun bərpa olunacaq iki hissəsində mütəxəssislər araşdırmalara başlanacaq və onların əsasında layihə hazırlanacaq”.

Vətənim-Azərbaycandır.az” erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan-Azərbaycan dəmir yolunun bərpası proqramının İşçi qrupunun rəhbəri, Ermənistan baş nazirinin müşaviri Artaşes Tumanyan bildirib. Onun sözlərinə görə, İşçi qrupun işində Rusiya Dəmir Yollarının mütəxəssisləri də iştirak edəcək.
Baş nazirin müşaviri bildirib ki, tikinti işlərinə başlamaq üçün Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmalar sənəddə qeyd olunmalıdır: “Bu həm ikitərəfli, həm də üçtərəfli razılaşma ola bilər. Ən azı iki tərəf öhdəlik götürməlidir, çünki onlar birlikdə işləməlidirlər. İstiqamətlər və birgə işlər var. Dəmir yolunun Yerasx (Arazdəyən) hissəsinin bərpası aylar, Mehri hissəsinin (burada 45 kilometrlik dəmir yolu tikilməlidir) bərpası isə üç il çəkəcək. Bu işlərin Ermənistana nə qədər başa gələcəyi hələlik bəlli deyil. Müxtəlif rəqəmlər gördüm: 220, 250, 278 milyon dollar və gömrük məntəqələrini və digər obyektləri saymasaq, hətta daha çox ola bilər”.
Bundan əvvəl Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan dəmir yolu üçün 200 milyon dolların lazım olacağını açıqlamışdı

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI