Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Lavrov bu dəfə tərcüməçinin sözünü yarımçıq kəsdi - Video

Lavrov bu dəfə tərcüməçinin sözünü yarımçıq kəsdi - Video
10-02-2022, 14:55 233 dəfə baxılıb

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və britaniyalı həmkarı Elizabet Trass arasında görüş başlayıb.

Vətənim-Azərbaycandır.az” Rusiya mediasına istinadən xəbər verir ki, görüşün elə ilk dəqiqələrində maraqlı hadisə yaşanıb. Belə ki, tərcüməçi Trassın nitqini tərcümə etmək istəsə də, Lavrov onu dayandıraraq buna gərək olmadığını bildirib.
Lavrov tərcüməçiyə “Hamı başa düşür, tərcümə lazım deyil”, - deyə müraciət edib.
Rusiyanın XİN başçısı görüş zamanı bildirib ki, ölkəsi təşəbbüslərinin həyata keçirilməsi məsələlərini müzakirə etməyə hazırdır. O, iki ölkə arasında əməkdaşlıq mexanizmlərinin bərpa edilməsinin mümkün olacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, S. Lavrovun həmkarları ilə birgə mətbuat konfranslarında bu cür analoji hallar tez-tez yaşanır. O, dəfələrlə KİV nümayəndələri ilə sərt dialoqları, onlara irad bildirməyi ilə gündəmə gəlib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI