Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Aİ sazişə dair təklifləri Bakıya təqdim edib” - Ceyhun Bayramov

Aİ sazişə dair təklifləri Bakıya təqdim edib” - Ceyhun Bayramov
4-02-2022, 22:45 244 dəfə baxılıb

“Azərbaycan Aİ ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa diqqət yetirir”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissar Oliver Varhelyi ilə Bakıda keçirilən görüşün yekunlarına dair birgə mətbuat konfransında çıxışı zamanı bildirib.
“Uzun illər ərzində Azərbaycan Aİ-nin etibarlı enerji təchizatçısı rolunda çıxış edir. Aİ ölkələri TAP layihəsi vasitəsilə 8.2 milyard kubmetr həcmində qaz alıb.
Aİ Qərbi Balkan ölkələri üçün Azərbaycandan əlavə qaz həcmi əldə etməkdə maraqlıdır. Bu il qaz həcminin artırılması istiqamətində danışıqlar aparılır”, - deyə Ceyhun Bayramov qeyd edib.
Nazir vurğulayıb ki, bu gün Aİ ilə Azərbaycan arasında hərtərəfli saziş üzrə danışıqlar aparılıb:
“Bir neçə gün əvvəl Aİ tərəfindən sazişə dair təkliflər rəsmi Bakıya təqdim olundu. Hazırda azərbaycanlı mütəxəsislər bu təklifləri öyrənir. Hesab edirik ki, 2022-ci ildə Aİ ilə Azərbaycan arasında hərtərəfli sazişin imzalanmasına nail olmaq mümkündür”.
Ceyhun Bayramovun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır:
“2021-ci ildə tərəflər arasında ticarət dövrüyyəsinin həcmi 15.2 milyard dollardır olub. Bu da 2020-ci ildə qeydə alınan göstəricidən əhəmiyyətli dərəcədə çoxdur”.
Postmünaqişə dövrü və Qarabağda yenidənqurma işlərindən danışan Ceyhun Bayramov qeyd edib ki, Aİ işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi məsələsinə müxtəlif alətlər vasitəsilə öz dəstəyini verir:
"Bu gün biz buna dair müzakirələr apardıq. İnanırıq ki, bu yaxınlarda bu müzakirələrin nəticəsi olacaq”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI